Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan internet sürətinə görə dünya reytinqində geriləməkdədir
Azərbaycan internet sürətinə görə dünya reytinqində geriləməkdədir

1960-cı ildə ABŞ-da yaranan internet hazırda bütün dünya dövlətlərini əhatə edib. Üçüncü Sənaye İnqilabı dövründə formalaşıb inkişaf edən və Dördüncü Sənaye İnqilabı dövründə isə rəqəmsallaşma, informasiya mübadiləsinin əsas sütunlarından biri olan internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bu vasitə insanların əmək fəaliyyətinə çevrilib, bir çox dövlət qurumlarının xidməti məhz həmin lokal şəbəkə ilə həyata keçirilir.

Araşdırma mərkəzlərinin son məlumatlarına görə, Azərbaycan mobil internet trafikinin sürətinə görə 137 ölkə arasında geriləyərək 68-ci yerdə qərarlaşıb. Sabit internetin sürəti reytinqində isə 180 ölkə arasında 7 pillə geriləyərək 125-ci yerdə möhkəmlənib.

Nəticələr göz qabağındadır. Ölkəmizdə internetin sürətindən narazılıq artıb. Son bir ayda isə özünü daha da qabarıq formada göstərməyə başlayıb. Bəs səbəb nədir? Pul verib istfadə etdiyimiz internetdən niyə istədiyimiz kimi yararlana bilmirik? Sosial şəbəkələrdə də istifadəçilər internet sürətinin hədsiz dərəcədə zəif olduğunu bildirən kütləvi statuslar paylaşmaqda davam edir. Kimi bütün mobil operatorların internet şəbəkəsindən, kimi də stasionar şəbəkənin keyfiyətli internetini əldə edə bilməməsindən gileylənir.

Mütəxəsislər deyir ki, hazırkı vəziyyətin ən başlıca səbəbi ölkədə fəaliyyət göstərən internet provayderlərin illərdir yenilənməməsidir. Yəni şirkətlər fəaliyyətə başladığı ilk gündən indiyədək keyfiyyətə deyil, gəlirlərini artırmağa fokuslanıblar. Provayderlərin texniki cəhətdən sazlanması üçün də təbii ki, maliyə lazımdır. Mütəxəsislərin fikrincə, mövcud problemi aradan qaldırmaq üçün yerli proyderlərə güclü nəzarət mexanizmi təbliq edilməlidir. Əks halda hələ uzun müddət problem həllini tapmayacaq.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »