Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib
Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə 2-3 Aprel tarixində Bakı şəhərində “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib.

Bizimyol.info xəbər verir ki, “OPRYS” Sosial Simulyasiya oyununun açılış hissəsində Könüllü Gənclər Birliyinin sədri, layihə rəhbəri İlkin Əliyev tədbir iştirakçılarına, qonaqlara və media nümayəndələrinə layihənin məqsədi və simulyasiya oyunu barədə ətraflı məlumat verib. Oyun gənclərin aktiv iştirakı ilə davam edib.

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib

25 nəfər gəncin iştirak etdiyi oyunda xalqların birgə yaşayışı, fərqli etnik qrupların birlikdə yaşaması üçün qaydaların hazırlanması və icmalar arasındakı gələcək üçün müsbət addımların atılması üzrə danışıqlar simulyasiya edilib.

Layihənin son günündə iştirakçılar öz obrazları çərçivəsində təkliflər hazırladıqdan sonra şəffaf səsvermə mərhələsi keçirilib. Son olaraq, səvermə nəticələri sayıldıqdan sonra Birgəyaşayış Təklif Planı tərtib edilib.

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib

2-3 Aprel tarixində baş tutan layihənin gənc iştirakçıları, Könüllü Gənclər Birliyi tərəfindən sertifikatla mükafatlandırılıb. Təşkilatçı komanda və iştirakçılar layihə haqqında öz təəssüratlarını bölüşüb, layihənin davamlılığı üçün müxtəlif təkliflər veriblər.

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə “OPRYS” Sosial Simulyasiya Oyunu keçirilib

Qeyd edək ki, “OPRYS” Sosial Simulyasiya Oyunu layihəsi Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilmişdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »