Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Buça soyqırım"na görə Rusiyaya qarşı ağır sanksiyalar gözlənilir
"Buça soyqırım"na görə Rusiyaya qarşı ağır sanksiyalar gözlənilir

Fransa prezidenti Emmanuel Makron Kiyev vilayətinin Buça şəhərində törədilmiş hərbi cinayətlərə görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin tələb olunduğunu bildirib,

Bizimyol.info xəbər verir ki, bu barədə "France Inter radiosu" məlumat verib.

O, əlavə edib ki, Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı hərbi cinayətlərin aşkar əlamətləri var: “Müharibə cinayətlərinə işarə edən çox açıq əlamətlər var. Rusiya ordusunun Buçadakı qətllərə görə məsuliyyət daşıdığı az-çox müəyyən edilib. Buçada baş verənlər yeni sanksiyalar paketi və çox aydın tədbirlər tələb edir”,– deyə Makron radioya müsahibəsində deyib.

Fransa prezidenti bildirib ki, yeni sanksiyalar Rusiyanın kömür və neftinə yönəldilməlidir.

İşğaldan çıxarılan Buça, Qostomel və İrpendən gələn dəhşətli kadrlar bütün dünyanı heyrətə gətirdi və bütün sivil dövlətlərin rəhbərləri arasında təbii hiddət doğurub. Polşanın baş naziri Mateusz Morawiecki Kiyev bölgəsində baş vermiş faciənin soyqırım kimi tanınmasına, Rusiyaya qarşı real sanksiyaların tətbiqinə və Ukraynaya güclü hərbi yardımın göstərilməsinə çağırıb.

Kiyev vilayətinin azad edilmiş ərazilərində öldürülmüş ukraynalıların olduğu kütləvi məzarlıqlar tapılıb. İrpen, Buça və digər şəhərlərin küçələrində əlləri arxada bağlanmış halda başın arxasından güllələnmiş cəsədlər, yollarda isə yandırılmış meyitlər yatır. Dünya mediası və ukraynalı jurnalistlər Kiyev vilayətinin işğalının demək olar ki, bir ayı ərzində rus əsgərlərinin vəhşilikləri, xüsusən də azyaşlıların zorlanması barədə yazır.

Rusiya sözügedən qəsəbədə vəhşilik ittihamlarını rədd edir. Rusiya Müdafiə Nazirliyi Buçada öldürülənlərin cəsədlərini əks etdirən kadrları və fotoşəkilləri “Ukrayna radikallarının növbəti təxribatı” adlandırıb. Rusiya Federasiyası Kiyev vilayətində öz ordusunun vəhşiliklərinə dair məlumatlar "təhrif edildiyi" üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »