Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya qoşunları pərakəndə şəkildə geri çəkilir" - Foto
"Rusiya qoşunları pərakəndə şəkildə geri çəkilir" - Foto

“Ukrayna qüvvələri Kiyev uğrunda döyüşdə qalib gəlib. Rusiya qüvvələri geri çəkilir, lakin lazımi qaydada deyil, inizamsız, pərakəndə şəkildə”.

Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutu aprelin 3-də Ukraynadakı vəziyyətin qiymətləndirilməsini dərc edib.

Bildirilir ki, Rusiya qüvvələrinin əksəriyyəti Dnepr çayının qərb sahilini tərk edib, lakin itirilmiş əsgələrin təcrid olunmuş qrupları geridə qalıb.

"Rusiya qüvvələri Dnepr çayının şərq sahilini də tərk edir. Eyni zamanda, Ukraynanın Kiyev yaxınlığındakı qələbəsi “əhəmiyyətlidir, lakin həlledici deyil”. Rusiyanın ölkənin cənubundakı işğalları ona imkan verəcək ki, atəşkəs və ya münaqişənin dondurulması halında Ukraynaya güclü təzyiq göstərsin",- deyə araşdırmada bildirilir.

"Rusiya qüvvələrinin nizamsız şəkildə geri çəkilməsi onu göstərir ki, Belarusda islahat aparmaq üçün təyin edilmiş ən azı bəzi bölmələr “uzun müddət təsirsiz qalacaq”.

Rusiya qoşunları çox güman ki, Dnepr çayının şərq sahilini də tərk edəcək, Çerniqovdan şimala və Brovaradan şərqə doğru hərəkət edəcək. Rusiya qüvvələri Kiyev istiqamətindən geri çəkilməni başa çatdırmaq üçün Konotop və Sumi bölgələrinə diqqəti cəlb etməyə çalışacaq",- MTİ-in məlumatında qeyd edilib.

Ukrayna Baş Qərargahı Rusiya bölmələrində döyüşə çıxmaqdan imtina edilməsi hallarının olduğunu bildirir. Belə ki, Cənubi Osetiyadan Donbasa köçürülən iki batalyon-taktiki qrup döyüşməkdən imtina edərək qatarla geri götürülüb: "31-ci Hava Desant Briqadasının 25 əsgəri "döyüşdə dəhşətli itkilərdən" sonra əmri yerinə yetirməkdən imtina edib. 3-cü piyada diviziyasının müxtəlif səviyyəli komandirləri döyüş əməliyyatlarında iştirak etməkdən imtina ediblər",- deyə Baş Qərargahın hesabatında bildirilir.

Lakin bu hesabatları təsdiq edən mənbə göstərilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »