Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynadakı müharibə Afrikada da aclıq deməkdir"
"Ukraynadakı müharibə Afrikada da aclıq deməkdir"

"Ukrayna müharibə bitdikdən sonra infrastrukturun bərpası üçün 400-500 milyard dollar ala biləcək. Lakin bu məbləğ kifayət etməyəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə prezident Vladimir Zelenskinin iqtisadi müşaviri Oleq Ustenko danışıb: “İndi biz Ukraynanın ala biləcəyi məbləğdən, 400-500 milyard dollardan, yəni illik ümumi daxili məhsulumuzun 2-2,5-indən danışa bilərik. Lakin bu, kifayət etməyəcək, ona görə də axtarışlar davam edir. əlavə vəsaitlərin ayrılması davamlı olaraq davam edir”.

Ustenko qeyd edib ki, Qərb tərəfdaşlarının köməyi və biznes dəstəyi, həmçinin Rusiya Federasiyasından, məhkəmələr vasitəsilə əldə edilə bilən təzminatlar bura daxildir: “Biz başa düşürük ki, bir çox investorlar Ukraynaya daxil olacaqlarını təsdiqləyiblər, lakin biz Rusiya Federasiyasından alacağımız təzminat və təzminatlara etibar etməliyik”.

Ustenko bildirib ki, yardım və təzminatların məbləğinə mütləq Rusiya Mərkəzi Bankının Qərb ölkələri tərəfindən artıq həbs edilmiş 300 milyard dollarlıq aktivləri daxil edilməlidir. Putinin yaxın çevrəsinin dondurulmuş aktivləri də daxil olmaqla təxminən 100 milyard dollar daha çox əldə etmək olar.

Xatırladaq ki, ABŞ-da ikipartiyalı senatorlar qrupu Rusiya hökuməti ilə əlaqəli olan sahibkarların aktivlərinin tapılmasına kömək edən pul mükafatlarını tətbiq edəcək qanun layihəsi hazırlayıb. Onların əmlakı müsadirə olunacaq, satılacaq və pullar Ukraynaya veriləcək.

Qeyd edək ki, dünyanın əsas ərzaq ixracatçılarından biri olan Ukrayna dünya üzrə 400 milyon insanı qidalandırsa da, hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən hər beş ukraynalıdan biri aclıqdan əziyyət çəkir. Bu barədə BMT-nin rəsmi Twitter hesabında məlumat verilib.

“Ukrayna... Dünyada 400 milyon insan üçün ərzaq yetişdirən bir ölkədə indi hər beş nəfərdən biri yeməklərin miqdarını və sayını azaltmalı, böyüklər isə uşaqlarını yedizdirmək üçün yeməkdən imtina etməli olur”.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ukrayna dünya bazarının 10 faizini təşkil etməklə dünyada beşinci buğda ixracatçısıdır. Ölkə eyni zamanda 15 faizə yaxın bazar payı ilə aparıcı qarğıdalı tədarükçülərindən biridir. Martın 22-də Ukrayna prezidenti Vladimir Zelenski qlobal aclıq təhlükəsi ilə bağlı açıqlama verib. İtaliya parlamenti ilə video bağlantı vasitəsilə danışan Zelenski, ölkənin "həmişə ən böyük ərzaq ixracatçılarından biri olduğunu", lakin mövcud vəziyyətin əkin kampaniyasına mane olduğunu xatırladıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva da CBS telekanalına müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən dünyanı aclıq təhlükəsi gözlədiyini qeyd edib: "Bəli, Ukraynadakı müharibə Afrikada aclıq deməkdir, lakin Ukraynadakı müharibənin də bir çox ölkələr üçün sosial nəticələri var. Birincisi, xammal, enerji, taxıl, gübrə qiymətləri.."

Ən böyük narahatlıq, qaçqın axını ilə bağlı Rusiya və Ukrayna ilə həmsərhəd ölkələrdəki vəziyyətdir. Georgiyevanın sözlərinə görə, Avropa ölkələri İkinci Dünya Müharibəsindən sonra bu qədər təxliyə edilənləri görməyib. Orta Asiya və Qafqaz respublikaları da zərər çəkə bilər - onların ticarət əlaqələri digər dövlətlərdən daha çox Rusiya Federasiyası və Ukrayna ilə bağlıdır.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »