Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Unutmayın ki, heyvanlarla halallaşmaq mümkün deyil" - Zorakılıq niyə artıb
"Unutmayın ki, heyvanlarla halallaşmaq mümkün deyil" - Zorakılıq niyə artıb

Son zamanlar sosial şəbəkələrdə ölkənin müxtəlif ərazilərində heyvanlara qarşı zorakılıq halları müşahidə edilir. Bir müddət əvvəl Xaçmaz rayonu, Gödəkli kəndində 86 yaşlı Balasoltan Daşdəmirov konfetlərini yediyinə görə, iti asıb öldürmüşdü. Ötən gün isə, Sabirabadın Məmişlər kəndində C.Məmmədzadə itin boynuna ip bağlayaraq sürüyüb, qardaşı isə, bunu çəkərək sosial şəbəkələrdə paylaşıb. Bu kimi hallar zaman-zaman müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu empatiya duyğusundan məhrum olan və şəxsiyyət pozulmasınan əziyyət çəkən şəxslər tərəfindən atılan bir addımdır.

Psxioloq Nərmin Abdullayeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, heyvanlara əziyyət edən, heyvanlar işgəncə ilə öldürən şəxslər şəxsiyyət pozulmasında əziyyət çəkən insanlardır: “Onlar ruhi xəstə deyil, amma sağlam da deyil. İşgəncədən zövq alan insanlar sadizmə meylli şəxsiyyətə sahib olurlar. Bu daha çox uşaqlıq dövrü ilə əlaqəlidir. Uşaqlıq yaşlarından sevilməyən və əziyyət görən şəxslər özləri də insanlara, heyvanalara əziyyət verməkdən zövq alırlar. Eyni zamanda qeyd etməliyəm ki, insanların içində yığılıb qalmış bir hirs var. Bəzi insanlar var ki, heyvana verdiyi işgəncəni çəkib onun videosuna baxıb,zövq alır. Bu zaman şəxs mənəvi doyuma çatır və “gücün” onda olduğunu hiss edir. Buna eqo tətmini də demək olar. Eqosu tətmin edilmiş şəxs bir müddət rahat olur. Ümumiyyətlə, empatiya duyğusundan məhrum olan insanlar belə addımlar atır və zövq qalırlar”

Nərminə Abdullayeva Nərminə Abdullayeva

Dinimizə görə, heyvanlara əziyyət vermək günahdırmı?

İlahiyyatçı Ramil Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, heyvanlara işgəncə vermək, suda boğma və yaxud yandıraraq öldürmək, ümumiyyətlə öldürmək günahdır.

“Məqsədsiz olaraq istənilən heyvanı öldürmək günahdır. Heyvanları döyüşdürmək də dinimizdə qəbul edilmir. Məsələn bəzi heyvanları da dərisinə görə, öldürürlər. Bu da böyük günahdır. Donuz istisna olmaqla, əti yeyilməyən bütün heyvanları öldürmək günahdır”.

İlahiyyatçının sözlərinə görə, heyvanlara da mərhəmət göstərmək lazımdır. Ancaq bəzi heyvanlar var ki, onlar insanlara zərər verir. Bura ilan, əqrəb kimi zəhərli heyvanlar aiddir. Onları öldürmək olar. Quduzlaşmış heyvanlar da öldürülməlidir.

“Məsələn, bəzən yolda avtomobil idarə edərkən qarşımızdan heyvan keçir və sürəti azalda bilmirik, heyvan ölür. Bu günah deyil. Çünki bu, bizim əlimizdə olmadan baş verən bir haldır. Bəzən heyvanları döyərək tərbiyə etməyə çalışırlar. Heyvanın ağlı olmadığı üçün o tərbiyələndirilə bilməz. Heç bir səbəblə, heç bir canlını döymək olmaz. Unutmayın ki, heyvanlarla halallaşmaq mümkün deyil”,- deyə ilahiyyatçı bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »