Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ramazan ayı və bu ayda oruc tutmaq dinlərə ayrılmır"
"Ramazan ayı və bu ayda oruc tutmaq dinlərə ayrılmır"

11 ayın sultanı hesab edilən Ramazan ayında sağlamlıq problemləri olan şəxslər və səfərdə olan insanlar istisna olmaqla hər kəs oruc tutmalıdır.

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramazan ayı və bu ayda oruc tutmaq dinlərə ayrılmır.

“Allah Quran-i Kərimdə buyurur ki, “sizən öncəki ümmətlərə Ramazan ayında oruc tutmağı vacib etdiyi kimi sizlərə də ey müsəlmanlar vacib etdik”. Bu ayə bizə bunu bildirir ki, nəinki yəhudi, xristian və digər dinlər, o kəs ki, Allahın bəndəsidir hər bir insanın vəzifəsidir ki, Ramazan ayında oruc tutsunlar” - deyə ilahiyyatçı bildirib

İlahiyyatçı qeyd edir ki, müsəlmanların da bir qismi oruc tutmur. Oruc tutmayan şəxslər ictimai yerlərdə və ya küçədə su içsələr, qida qəbul etsələr bu zaman hətta oruc tutan şəxsin qarşısında bu addımı atmasalar belə, həmin şəxslər Allah ayının ehtiramını sındırdığı üçün, müqəddəs aya hörmət etmədiyi üçün günah qazanmış olur.

İlahiyyatçı Ramil Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Quran-i Kərimin Bəqərə surəsində deyilir: “Ey iman gətirənlər, Allaha qarşı çıxmağınızın qarşısını almaq üçün oruc sizdən öncəkilərə vacib buyurulduğu kimi sizə də vacib buyurulub”.

Qeyd edək ki, oruc ibadəti İslam dinindən əvvəl olan və İslam dinində olandan fərqli olan bir ibadət idi. Bu ayədə müsəlmanlara orucun təkcə onlara deyil, onlardan əvvəlki insanlara da aid edildiyi fikri yer alıb.

“Məsələn Həzrəti peyğəmbərin mənsub olduğu Qüreyş qəbiləsindən olanlar Aşura günü oruc tutardılar. Peyğəmbər Mədinə şəhərinə gəldiyi zaman yəhudilərin Aşura günü oruc tutduğunu görüb özü də oruc tutmağa başladı və müsəlmanlara da oruc tutmağı əmr etdi. Bir il sonra Ramazan orucu vəhy olduqdan sonra peyğəmbər aşura orucu ilə bağlı “istəyən tuta bilər” deyə buyurmuşdu. Yəni bu vacib hesab edilməmişdi” - deyə ilahiyyatçı bildirib. O, qeyd edib ki, ayədə “sizdən öncəkilər” ifadəsində yəhudilər və xristianlar nəzərdə tutulur.

Ramazan orucu, daha əvvəl yəhudi və xristianlar üçün dini vəzifə kimi qəbul edilmişdi. Ancaq xristianlar və yəhudilər bu orucu dəyişib, yəhudilər bir gün tutumuşlar. Xristianlar isə, orucu yayla qışa arasında uyğun bir dövrə salıb, 10 gün də əlavə kəffarrə olaraq tutmuşdular:

“Yəhudilər oktyabr ayında yeni ildən on gün sonra (onları yeni ili o dövrə təsadüf edir-red) gün batandan ertəsi gün gün batana qədər bir oruc tutarlar. Və həmin günü günahlarının bağışlandığı gün kimi qəbul edərlər. Tarixi mənbələrə görə, bu gün “kipur” adlanır”.

İlahiyyatçının sözlərinə görə, bununla yanaşı yəhudilərin ilin başqa günlərində tutduğu digər oruc günləri də var. Bəzi xristian din adamlarına görə, Həzrəti İsa peyğəmbər olmamışdan öncə 40 gün oruc tutub. Buna görə də, xristianlıqda oruc 40 gündür. Yəni digər dinlərdə də müxtəlif formalı oruc tutma prosesləri var.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »