Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan və Türkiyə arasında münasibətlər Azərbaycanın maraqları əsasında qurulur"
"Ermənistan və Türkiyə arasında münasibətlər Azərbaycanın maraqları əsasında qurulur"

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 təklif irəli sürüb. Həmin təkliflər də ümumiyyətlə proseslərin nizamlanmasına əsaslanır. İlkin baza prinsipləri hesab olunur. Beynəlxalq təcrübə də geniş istifadə olunur. Azərbaycan prosesə konstruktiv yanaşma sərgiləyir və bu istiqmaətdə Ermənistana hər zaman sülh əlini uzadıb və buna da cavab gözləyib. Ancaq hazırda Ermənistanda da bu istiqamətdə aktivlik müşahidə edilir. Maraqlı məqam odur ki, Ermənistan üzdə Azərbacanın təklif etdiyi təkliflərini qəbul etdiyini və sülh müqaviləsinə hazır olduğunu göstərir. Arxada öz ikili oyunlarını davam etdirir. Hansısa təklif və şərtlərlə çıxış etməyə çalışır. Məsələn Zəngəzur dəhlizinin dəhliz statusu deyil, sadəcə yol olmasınl istəyir. Yəni burada təhrif hiss etdirilir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. O, qeyd edib ki, Ermənistan ATƏT-in MİNSK qrupunun proseslərə qatılmasını və məsələnin onun iştirakı ilə həll etməyə çalışır. Əvvəla qeyd edək ki, ATƏT-in Minsk qrupu faktiki olaraq, fəaliyyətsiz bir quruma çevrilib. Onun həll etməli olduğu işi Azərbaycan hərbi yolla, yəni öz gücü ilə həll edibdir. ATƏT-in Minsk qrupu Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT tətəfindən təyin edilmişdi. Amma məsələ ondan ibarətdir ki, 44 günlük müharibə zamanı Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsini sonlandırıbdır. Yəni hazırda Ermənistan-Azərbaycan problemidir. Politoloq hesab edir ki, bunun üçün yeni format lazımdır. Və ATƏT-in Minsk qrupu bunun yeni format təyin etmək mandatına sahib deyil. 30 illik proseslər sübut edir ki, ATƏT-in Minsk qrupu prosesləri ləngidir, əlavə problemlər yaradır və obyektiv mövqe tuta bilmir. Prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi isə, ümumiyyətlə hansısa mexanizm tətbiq edə bilmir. Belə bir qurumdan başqa formada mədət ummaq 27 il müddətində davam edən işğal prosesinin fərqli formatda hazırkı reallıqlar fazasında uzadılmasını özündə ehtiva edir. Belə ki, hazırkı proseslərdə ATƏT-in proseslərə yenidən cəlb edilməsi, heç bir əhəmiyyət kəb etməyəcək. Yəni bu nə Azərbaycan nə də Ermənistanın maraqlarına cavab vermir. Əgər Ermənistan həqiqətən regionda sülh olmasını istəyirsə, ATƏT-in Minsk qrupu nə bunun üçün mandata sahib deyil, nə də bunu edəcə iqtidara sahib deyil. ATƏT nəyisə tənzimləyə bilsəydi, 27 il öncə bunu edərdi. Proseslər 27 il uzanmaz və bu vəziyyətə gəlib çıxmazdı.

Turan Rzayev Turan Rzayev

“Bütün bunları nəzərə almaqla demək olar ki, Ermənistan ancaq sözdə pozitiv münasibət nümayiş etdirir. Əslində, gerçək davranışları söz güləşdirmək və ya sülh prosesini ləngitməkdən ibarətdir. Yəni heç bir nəticə yoxdur. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələdə Ermənistanə əbədi olaraq gözləməyəcək. Yəni prosesləri ləngitmək fikrində deyil. Sülh prosesinin ləngidilməsi, kommunikasiyaların gec açılması Ermənistanın ilk növbədə regionda iqtisadi-inkişafına maneədir. Digər tərəfdəndə də, bu vəzuiyyət Türkiyə ilə Ermənistan arasında olan kövrək münasibətlərin bitməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan və Türkiyə arasında münasibətlərdə normallaşma rəsmi Bakının maraqları əsasında inkişaf edir. Rəsmi Bakının maraqlarının bu prosesdə nəzərə alındığını düşünsək, Ermənistanın bu kimi addımları yəni sülhdən yayınma cəhdləri Türkiyə-Ermənistan münasibətlərinin də yenidən sonlanmasına gətirib çıxara bilər. Yəni nəticədə, ATƏT-in Minsk qrupunun prosesə cəlb edilməsi, 27 il davam edən işğal müddətində ATƏT-in üzərinə götürdüyü vəzifəni bundan sonra da davam etməsinə gətirib çıxaracaq. Yəni ATƏT-in MİNSK qrupu Ermənistan-Azərbaycan Dağlıq Qrabağ münaqişəsini həll istiqamətində yaradılan bir qurum olsa da, 27 il ərzində status-kvonu saxlamaqla Ermənistanın maraqlarına xidmət edib. Ermənistan indiki halda da prosesə bu qurumu cəlb edərək hazırkı status kvonu saxlayıb, prosesi 27 il də uzatmaq niyyətindədir”- deyə Rzayev bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi Nikol Paşinyan regionda baş verən dəyişikliklərə uyğun olaraq bəyanatlar verir. Yəni proseslər Ermənistanın əleyhinə formalaşanda dərhal sülh prosesi haqqında danışır. Bir qədər Ermənistanın leyhinə dəyişəndə o an sülh prosesinə əlavə şərtlər gətirməyə, bunu təhrif etməyə çalışır. Bu da Ermənistanın heç də konstruktiv yanaşma sərgiləmədiyini ümumilikdə regionda öz maraqlarına xidmət edən işğalçı siyasətini davam etdirmək istəyində olduğunu göstərir. Ümumiyyətlə Ermənistan siyasəti ilə bağlı məqam ondan ibarətdir ki, başda olan liderin kimliyindən asılı olmayaraq erməni siyasəti daim işğalçılıq əsasında qurulubdur. Bu ölkə fürsət yarandığı anda işğaldaçı siyasətini davam etdirmək istəyir. Yəni bu mənada ATƏT-in Minsk qrupunun proseslərə cəlbi üçün hesab edirəm ki, rəsmi Bakı güzəştə getməməlidir. Prezident İlham Əliyev məsələ ilə bağlı bundan əvvəl qeyd etmişdi ki, ATƏT-in Minsk qrupu prosesə cəlb edilə bilər.

“Bu, nəyisə dəyişəcəksə, buyurub gəlsinlər. Biz nə Avropa Birliyinin, nə regionda yeni yaradılacaq bir formatın və yaxud keçmiş ATƏT-in Minsk qrupunun prosesləri tənzimlənməsindəki iştirakını mənfi qiymətləndirmirik və buna bir etirazımız da yoxdur. Amma nəticə etibarilə heç nə dəyişməyəcək, proeseə bir qatqısı olmayacaq”.

Politoloq hesab edir ki, bu mənada ATƏT-in MİNSK qrupunun proseslərə qoşulmasına icazə verilməməlidir. Bu baş verəcəksə də, kokret vaxt qoyulmalı və konkret şərtlər qoyulmalıdır:

“Bu baş verməyəcəksə, hadisələrin 27 il də uzanması üçün Ermənistana şərait yaratmaq lazım deyil. Ermənistanın hazırda məqsədinin bu olduğunu düşünürəm”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »