Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, məkana qaz sızıb"
"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, məkana qaz sızıb"

Qaz balonlarından həyət evlərində, yataqxanalarda, müxtəlif obyektlərdə, hətta yeni istismara verilmiş, ancaq hələ qaz çəkilməmiş binalarda istifadə edilir. Yəni ölkədə “qaz balonlarının istismarını qadağan edən” heç bir qayda və yaxud qanun yoxdur. Bir tək 1999-cu ildə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 103 saylı qərarı var. Və bu qərarda deyilir ki, mayeləşdirilmiş qazların balon qurğularını quraşdırarkən binalarda yerləşdirilən balonlar qaz qurğuları olan otaqlarda qoyulmalıdır. Bir otaqda adətən tutumu 50/55 litrdən artıq olmayan bir balon və tutumu 27 litrdən artıq olmayan bir balon və tutumu 27 litrdən artıq olmayan iki balon qoymaq olar. Həmçinin bildirilir ki, balonlar qoyulan otağın havasının temperaturu 45°C-dən artıq olmamalıdır.

Qısası bu qərarda da müəyyən texniki göstərişlər var, amma qadağa yoxdur. Bu 23 illik qərardan sonra nə bu məsələyə toxunulmayıb, nə də qaz balonlarına nəzarət edən hansısa bir xüsusi qurum yaradılmayıb. Sadəcə olaraq müvafiq qurumların qaz balonları ilə bağlı müəyyən tövsiyyələri var. Məsələn iki mərtəbədən çox binalarda və obyektlərdə qaz balonundan istifadə tövsiyyə olunmur. Bu qədər…

Aprelin 3-də gecə saat 3 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış zamanı 1 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağır hesab edilir. Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Nədir propan qazı?

Adətən balon qazı olaraq tanınan propan qazı; rəngsiz, qoxusuz, yanıcı və partlayıcı xüsusiyyətə malikdir. Qaz halında havadan ağır olan bu maddə qaz sızıntısının müəyyən edilməsi üçün xüsusi olaraq qoxulandırılır. Propan qazı açıq məkanlarda, su qızdırıcılarında, spa mərkəzlərində, üzmə hovuzlarında və yemək bişirmək üçün balon qazlarında istifadə olunur. Propan yandığı zaman iqlim üçün zərərli hesab edilə istixana qazları xaric olunur. Mütəxəssislərin fikrincə, qaz balonlarını obyekt kimi fəaliyyət göstərən zirzəmilərdə, istirahət otaqlarında və s. yerlərdə quraşdırlmamalıdır.

Əvvəllər Bakı-Qaz İstehsalat İdarəsinin keçmiş əməkdaşı Nüsrət Qasımov bu məsələyə tez-tez toxunsa da və qaz balonlarının təhlükəsizliyinə nəzarət edəcək bir qurumun olduğuna ehtiyac olduğunu dəfələrlə bildirsə də, hər bir sahədə olduğu kimi, bu sahədə də onun dediklərini dinləyən yox idi. Nə olursa olsun, faciə baş verirsə, bir günahkar var, istehlakçı… Azərbaycanda istehlakçı hüquqlarının da hansı səviyyədə qorunduğunu hamımıza gün kimi aydındır.

Qaz təhlükəsiziliyi üzrə mütəxəsis Adil Vəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qaz balonları mütəxəssislər tərəfindən quraşdırılmalı və vaxtında balonun detallarına baxım olmalıdır. Çünki zaman keçdikcə, balonun başlığında, şlanqla birləşən hissədə problemlər, aşınmalar yarana bilir.

A.Vəliyev həmçinin bildirir ki, mütəmadi olaraq qaz balonlarına texniki baxış keçirilməldir. Baş verən hadisəyə gəldikdə isə, mütəxəssis bildirib ki, hadisə yerində olmadığı üçün konkret fikir bildirə bilməz: “Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, məkana qaz sızıb. Partlayış isə, yəqin ki, içəridə olan siqaret və yaxud digər alışqan maddələrin yandırılması zamanı baş verib”.

Belə. Yəqin ki, partlayış baş verən məkan qaz balonlarından istifadə edən yeganə məkan deyil. Bu balonlardan hər yerdə istifadə edilir. Qaz balonlarının partlaması ilə müşahidə edilən çox saylı hadisələr baş verib, verəcək. Çünki bu sahəyə nəzarət yoxdur. Sadə vətəndaş 22 manat verib, bir 5 litrlik balon alır və onun texniki şərtləri barədə heç bir məlumatı olmadan istifadə edir. Və bu qaz balonları demək olar ki, hər yerdə satılır. Ucuz, sərfəli və rahat… Texniki qüsular kimi maraqlandırır ki? Cərimə yox, cəza yox, nəzarət yox…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »