Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orucu pozan və pozmayan hallar - İlahiyyatçı cavab verir
Orucu pozan və pozmayan hallar - İlahiyyatçı cavab verir

Ramazan ayı müsəlmanlar üçün son dərəcə önəmli olan aylardandır. Müsəlmanlar bu aya xüsusi dəyər verir, bu ayda oruç tutmağa çalışırlar. 11 ayın sultanı hesab edilən Ramazan ayında hər il ənənəvi olaraq “orucu nə poza bilər?” sualı gündəmə gəlir.

Sual eyni olsa da, zaman keçdikdə cavablarda müxtəlifliklər ortaya çıxmağa başlayır. Məsələn əgər əvvəl 22,5 km evdən uzağa gedirdinsə, oruc tutmaya bilərdiniz. İndiki dövrdə isə, nəqliyyat vasitələri bu məsafənin az olduğunu sübut edir. Odur ki, “ənənəvi suala - ənənəvi cavab olar” deyib, keçməyin, burada sizin də bilmədikləriniz ola bilər.

İlahiyyatçı Ramin Əliyev Bizimyol.info xəbər portalına orucu pozan və pozmayan halları sadalayıb:

  • Unudaraq yeyib içmək orucu pozmaz. Oruclu olduğunu xatırladığı zaman yemək içməyə davam etmək orucu pozar.
  • Ər-arvadın bir-birini öpməsi və ya qucaqlaşması orucu pozmaz. Amma oruclu halda digər münasibətlər orucu pozar və bunun kəffarəsini ödəməyə məcburdular.
  • Mensturasiya dövründə qadınlar oruc tutmamalı, bu hal bitdikdən sonra həmin günlərin qəzalarını tutmalıdırlar.
  • Ramazan ayında ağız qoxusunu aradan qaldırmaq üçün ağız spreyi istifadə etmək və ya saqqız çeynəmək orucu pozur. Unutmamaq lazımdır ki, ağız və burundan bədənə daxil olub, mədəyə gedən hər şey orucu pozur.

Oruc tutan qadınları maraqlandıran suallardan biri, oruclu halda makiyaj etmək və saç boyamaqla bağlıdır. İlahiyyatçı deyir ki, orucu yemək, içmək və cinsi əlaqə pozur. Bunu nəzərə alaraq, makiyaj, saç boyamaq və saça qulluq orucu pozmaz.

  • Siqaret çəkmək orucu pozur.
  • Şəkər xəstələri çox zaman insülin iynəsi vururlar. Bu iynə, qida olmadığı üçün orucu pozmur.
  • Göz, burun damlaları orucu pozmur.

Oruc tutan insanları maraqlandıran digər sual isə, oruclu halda diş fırçalamaqla bağlıdır. İlahiyyatçı bildirir ki, boğaza su getməməsi şərti ilə dişləri fırçalamaq olar.

  • Oruclu halda qusmaq da orucu pozmur.
  • Dişlərdə problem varsa, dişlər qanayırsa və udulursa bu orucu pozar.

Oruclu halda dənizə girmək və ya çimmək olarmı?

R.Əliyevin sözlərinə görə, ağız və burundan su qəbul etməmək şərtilə olar. Bu, orucu pozmaz.

Təsadüfən əli və ya hansısa əşyanı ağız aparmaq orucu pozmur. Sadəcə olaraq, tüpürməklə orucu davam etmək olar.

İlahiyyatçı bildirir ki, hər hansı bir əməl - yemək, içmək və cinsi əlaqədən başqa bədənə qida daxil etmirsə, bu hallar orucu pozmur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »