Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afaziya xəstəliyinin səbəbləri nədir?
Afaziya xəstəliyinin səbəbləri nədir?

Bryus Uillisin ailəsi Amerikalı məşhur aktyorun afaziya xəstəliyi səbəbi ilə karyerasını bitirdiyini açıqlayıb. Bir müddət əvvəl isə, Bryus Uilisin demans xəstəsi olduğu və karyerası müddətində bu qədər çox filmdə rol almasının səbəbi ailəsinə daha çox pul yığmaq üçün hər film təklifini qəbul etməsi idi.

Bu yaxınlarda aktyorun qızı Rumer Uillis instagram hesabında paylaşdığı bir paylaşımda tanınmış aktyorun sevənlərinə acı reallığı açıqladı. Rumer aktyorun karyerasını sonlandırdığını açıqladı. Aktyorun qızı həmçinin Bryus Uilsin demans deyil, afaziya xəstəliyindən əziyyət çəkdiyini də qeyd edib. O, Uillisin insanın idrak və nitq qabiliyyətinə təsir edən bu xəstəliyə görə aktyorluq karyerasını bitirməli olduğunu bildirib. Rumer ailəsinin çətin günlər keçirdiyini və fanatların dəstəyinin Bryus üçün önəmli olduğunu, ona mənəvi dəstək verdiyini, ailə olaraq bu xəstəliyə qalib gələcəklərini və pərəstişkarlarının Bryusa verdiyi dəyəri bildiyi üçün bu xəbəri onlarla bölüşdüyünü deyib.

Afaziya xəstəliyi nədir?

Qeyd edək ki, afaziya xəstəliyi adətən beyin qanaması, damar xəstəlikləri və beyin şişləri nəticəsində yaranan xəstəlikdir. Xəstəlik beyinin sol tərfinin funksiyasını itirməklə nəticələnir. Afaziya zamanı xəstələr danışa bilmir. Hətta oxumaq, yazmaq, danışılanı başa düşmək, təkrarlamaq və s. kimi qabiliyyətlərini itirirlər. Afaziyanın gücündən asılı olaraq xəstə yaddaşını da itirə bilir. Buna görə də, afaziya xəstələri gün ərzində həyata keçirdikləri bəzi sadə funksiyaları - problemi həll etmə, qərar vermək, plan qurmaq və s. kimi addımları edə bilmirlər.

Afaziyanın bir neçə növü var. Məsələn axıcı afaziya zamanı xəstələr oxuma və eşitmədə heç bir problem yaşamırlar, problem başa düşmə qabiliyyətinin itməsi ilə özünü göstərir. Danışıqları axıcı olmasına baxmayaraq anlaşılmazdır. Axıcı afaziya zamanı gücsüzlük və ya iflic müşahidə edilə bilər.

Afaziya xəstəliyinin səbəbləri nədir?

Oksigen və qan axımı kəsilən beyin hüceyrələri ölür. Beyinə gedən oksigen və qanın dayanması ilə iflic yaşanır. Bununla yanaşı başdan alınan ağır zədələr, beyin qanaması, beyində olan infeksiyon xəstəliklər afaziyaya səbəb olur.

Mütəxəssislərin fikrincə, afaziyanın yaşı yoxdur. Yəni bu uşaqlarda da, böyüklərdə də müşahidə edilə bilər. Əgər ağır bir travmadan sonra şəxsdə danışmanın pozulması, özünü ifadə edə bilməmək, oxuya və yaza bilməmək, danışılanı başa düşməmək və s. bu kimi problemlər müşahidə edilrisə, afaziya olmuş ola bilər. Afaziyanın sağalma müddətinə gəldikdə isə, bu travmanın ağırlığına, travmadan sonra keçən zaman, xəstənin yaşı və psixoloji durumu, eyni zamanda afaziyanın növünə görə də fərqlilik göstərir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »