Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya hərbçiləri pişik yemi ilə qidalanır”
“Rusiya hərbçiləri pişik yemi ilə qidalanır”

Rusiya ordusunun Kiyev ətrafında tam məğlub olduğunu demək mümkündür. Qostomel, İrpen və Buça Ukrayna müqavimət qüvvələrinin nəzarətindədir. Həmin yerlərdən yayılan videolar dəhşət doğurur. Dinc sakinlər xüsusi amansızlıqla öldürülüb. Qətlə yetirilərkən onların bir çoxunun əlləri arxadan qandallanıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko son mətbuat konfransında bu haqda danışıb. O, Kiyev vilayətində kameraların qeydə aldığı bir hadisəni də jurnalistlərin diqqətinə çatdırıb. Geraşenkonun sözlərinə görə, Rusiya hərbçiləri ATB qida şəbəkəsinin mağazalarından birini qarət ediblər. Onlar özü ilə çoxlu pişik yemi götürüblər. Çünki Rusiya hərbçiləri ciddi aclıq çəkirlər və belə yemlərlə qidalanırlar.

Kreml qoşunlarının əsgərlərinin belə davranışı artıq adi hala çevrilib. Onlar Mariupolda, Xarkovda da xeyli ərzaq mağazasını qarət etmişdilər. Videogörüntülərdə məhsulların tanklara, hərbi maşınlara daşınması aşkar nəzərə çarpırdı. Ukrayna güc strukturlarının qeydə aldığı səs yazılarında da bu məsələlərdən danışılır. Rusiya hərbçiləri telefonda yaxınlarına mağazaları soymaqla qidalandıqlarını deyir. Əsgərlərdən biri hətta bahalı tikinti aksesuarları götürdüyünü, bunları Rusiyaya aparmağa çalışacağını bildirirdi.

Daha öncə yayılmış bir videogörüntüdə Rusiya əsgərlərinə verilən ərzaq paylarının son istifadə müddətinin hələ 2015-ci ildə başa çatdığı görünürdü.

Kreml Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb. Qonşu ölkənin bir çox şəhərləri dağıdılıb. Xüsusilə Mariupola və Xarkova böyük zərər dəyib. Bu şəhərlərin yenidən salınmasına ehtiyac yarandığını demək olar. Çerniqovun, Sumının, Xersonun böyük hissəsi zərbə alıb. Kiyev ətrafındakı qəsəbələr yararsız vəziyyətə düşüb. Buna baxmayaraq, Rusiya ordusu böyük itkilərdən qaça bilməyib. Azı 18 min hərbçi həyatını itirib. 325 artilleriya sistemi sıradan çıxıb. 644 tank, 143 təyyarə, 134 helikopter yandırılıb. Ukrayna müqavimət qüvvələrinin məhv etdiyi hərbi maşınların sayı 2 minə çatıb.

Danışıqlar heç bir nəticə vermir. Bu prosesə Türkiyə də qoşulub. Ankara tərəfləri sülhə dəvət etmək üçün böyük cəhd göstərir. Əsas məqsəd prezidentlər – Vladimir Putinlə Vladimir Zelenskini görüşdürməkdir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »