Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın xarici işlər naziri istefa verib
Gürcüstanın xarici işlər naziri istefa verib

Gürcüstanın xarici işlər naziri David Zalkaliani vəzifəsini tərk edib, bu vəzifəyə İliya Darçiaşvili təyin edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 4-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili mətbuata bildirib.

"Baş nazirin müavini və xarici işlər naziri Gürcüstanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlk növbədə, görülən işlərə görə cənab Davidə təşəkkür etmək istəyirəm. Cənab Davidin böyük təcrübəsi var. O, 30 ildir ölkəmizə, öz idarəsinə - Xarici İşlər Nazirliyinə müxtəlif vəzifələrdə xidmət edir, demək olar ki, bütün mühüm qərarların qəbulunda iştirak edib”, - Qaribaşvili bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »