Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna metrosunda maraqlı hadisə
Ukrayna metrosunda maraqlı hadisə

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hücumlarından, bombardmanlarından qorunmaq üçün əhalinin sığındığı metro stansiyasında maraqlı hal yaşanıb.

Bizimyol.info xəbər verir ki, sığınacaq kimi istifadə edilən metro stansiyasında qalan cütlük evlənib. Xarkov meri İqor Terehov və metro stansiyasında qalan digər vətəndaşların iştirak etdiyi toy ətrafdakı mətbuat nümayəndələri və vətəndaşlar tərəfindən lentə alınıb.

Toyu lentə alan vətəndaşlardan biri çəkiliş edən zaman bu sözləri dilə gətirib: “Bu gün burada toy olacaq. Gördüyünüz bu metro vaqonlarında insanlar yaşayır. İnanmaq çətindir, amma belədir”.

Terehov isə sosial media hesablarında yaydığı video ilə şəhərdəki son vəziyyət və baş tutan toyla bağlı bu açıqlamaları verib: “Əziz xarkovlular, müharibənin 39-cu günündə şəhərimiz və Ukraynamız qəhrəmanlar kimi müqavimət göstərir və qələbəyə yaxınlaşır. Xalq təslim olmayacaq və bombardmanlara baxmayaraq bazarlar işləyir və biz normal həyata qayıdırıq. Xarkov şəhəri yaşayır və qalib gələcək”.

Şəhər meri evlənən cütlüyə öz ürək sözlərini də qeyd edib.

“Evlənən cütlüyümüzə dinc səma altında uzun illər birlikdə olmağı arzu edirəm. Çox övlad sahibi olmağınızı istəyirəm. Uşaq davamlılıq deməkdir və biz yaşayırıq. Bəli, toy metro stansiyasında olub və gəlin ağ geyinməyib. Amma hər kəs onun xoşbəxtliyini gördü.

Rus ordusu bu mükəmməl qızın qarşısını ala bilmədi. Bu, xalqın ruhunu göstərir. Bugünkü toy sadəcə ölümə və məhvə qarşı müqavimət simvolu deyil, normal həyatın simvolu idi. Ukrayna diz çökməyəcək”,-deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu başlayan gündən bu yana artıq bir neçə cütlük atəş, bomba səsləri altında nikaha daxil olub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »