Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Qremmi mükafatlandırma mərasimində çıxış etdi
Zelenski Qremmi mükafatlandırma mərasimində çıxış etdi

Ölkəsində Rusiya işğalının davam edən bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam ABŞ-da keçirilən 64-cü Qremmi Musiqi Mükafatları mərasimində video ilə çıxış edib.

Bizimyol.info xəbər verir ki, mərasimdə yayımlanan emosional videomüraciətdə Zelenski bildirib ki, “musiqiçilərimiz smokinq əvəzinə gülləkeçirməz jilet geyinirlər”.

“Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Musiqi bütün maneələri dəf edir”.

Rusiyanın hücumlarının ölkəsində musiqini susdurduğunu ifadə edən Zelenski, “bizə bacardığınız qədər dəstək olun, amma susmayın. Səssizliyi musiqi ilə doldurun”,-deyə bildirib.

Ukrayna lideri gec-tez qalib gələcəklərini və Ukrayna şəhərlərinə sülhün qayıdacağını bildirib.

Zelenskinin çıxışından sonra müğənni Con Legend ukraynalı sənətçilər Mika Nyuton, Lyuba Yakimçuk və Siuzanna İgidanla birlikdə səhnəyə çıxaraq “Free” mahnısını ifa ediblər.

Leyla

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »