Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanın baş naziri isefa verib: Azərbaycana dost olan ölkədə siyasi gərginlik
Pakistanın baş naziri isefa verib: Azərbaycana dost olan ölkədə siyasi gərginlik

Pakistanın baş naziri İmran Xan ölkə parlamentinin buraxılmasından sonra baş nazir postundan istefa verib, lakin müvəqqəti baş nazir təyin olunana qədər bu vəzifəni tutmağa davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Pakistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

“Pakistan Prezidenti tərəfindən Pakistan İslam Respublikası Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndinə və 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Milli Assambleyanın buraxılması nəticəsində baş nazirin sələhiyyətlərinə xitam verilir. Buna görə də İmran Əhməd Xan Niyazi Pakistanın baş naziri kimi dərhal öz fəaliyyətini dayandırıb”,- Nazirlər Kabinetinin bildirişində deyilir.

Eyni zamanda, Pakistan prezidenti Arif Alvinin dediyi kimi, Xan yeni baş nazir təyin olunana qədər, müvəqqəti olaraq bu vəzifədə qalacaq. "İmran Əhməd Xan Niyazi Pakistan İslam Respublikası konstitusiyasının 224-cü maddəsinin A (4) bəndinə uyğun olaraq yeni baş nazir təyin olunana qədər müvəqqəti baş nazir olaraq qalır",- Pakistan prezidenti "tvitter" hesabında yazıb.

Bazar günü səhər saatlarında Pakistan prezidenti baş nazirin təklifi ilə ölkə parlamentini buraxıb. Bu, parlament sədrinin müavini Qasim Surinin Konstitusiyanın 5-ci maddəsinə zidd olduğunu deyərək baş nazirə etimadsızlıq səsverməsini rədd etməsindən qısa müddət sonra baş verib. Etimadsızlıq səsverməsinin ləğvi qərarı müxalifət partiyalarını qəzəbləndirib və onlar qərara məhkəmədə etiraz edəcəklərini bildiriblər.

İnformasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, Pakistanda 90 gün sonra yeni parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə İmran Xan ABŞ-ı onun hökumətini devirməyə çalışmaqda ittiham etmişdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »