Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Buça soyqırımı" dünyanı dəhşətə gətirib: Rusiya ordusu “qəssab” rolunda
"Buça soyqırımı" dünyanı dəhşətə gətirib: Rusiya ordusu “qəssab” rolunda

Zelenski Kiyev ətrafında yerləşən Buşa rayonunda tapılan mülki kütləvi məzarlıqların görüntülərini izlədikdən sonra Rusiya silahlı qüvvələrini “qəssab” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Zelenski baş verənləri "qətliam" kimi izah edib. "Bu tam bir vəhşilikdir. Bunu edən ordu cəlladır, insan “qəssab”dır. 21-ci əsrdə bu vəhşiliyi edən ordu özünə "xilaskar" deyə bilməz. Bu qətliamın edilməsinə icazə vermiş  dövlətin "sülh yaratmaq missiyası"ndan danışmağa haqqı yoxdur",- deyə Zelenski görüntüləriri izlədikdən sonra qeyd edib.

Vladimir Zelenski və Vladimir Putin Vladimir Zelenski və Vladimir Putin

Ukraynanın Buça şəhərinin peyk görüntülərində öldürülən mülki vətəndaşlar üçün kütləvi məzarlıq olduğu güman edilən kilsənin ərazisində qazılmış təxminən 15 metr uzunluğunda xəndəklər göstərilir.

ABŞ-ın özəl kosmik texnologiya şirkəti "Maxar Technologies" tərəfindən martın 31-də çəkilmiş şəkillərdə "Müqəddəs Andrey" və "Pyervozvanno Bütün Müqəddəslər" kilsələri ərazisində qazıntı işlərinin izlərinin şirkət tərəfindən qeydə alındığı bildirilib.

Şənbə günü Buçaya baş çəkən "Reuters" jurnalistləri, bir kilsədə kütləvi məzarlıq müşahidə etdiklərini, əl və ayaqları qanlı palçığın içərisində gördüklərini söyləyiblər. "Cuxurun yeni qazıldığı, kobud şəkildə basdırıldığı aydın görünür",- deyə jurnalistlər qeyd ediblər.

Ukraynanın peyk görüntülərini toplayan və dərc edən "Maxar Technologies", "Müqəddəs Andrev" və "Pyervozvanno Bütün Müqəddəslər" kilsəsində kütləvi məzarlıq üçün qazıntı işlərinin ilk əlamətlərinin martın 10-da müşahidə etdildiyini bildirib.

"Martın 31-də kilsənin yaxınlığındakı ərazinin cənub-qərb hissəsində təxminən 15 metr uzunluğunda yeni qazılmış xəndəklərin olduğu göstərilir və  buranın kütləvi qəbir yeri olduğu güman edilir",- deyə "Maxar"ın məlumatında qeyd edilir.

"The Guardian" görüntüləri hələlik canlı olaraq yoxlaya bilmədiyini bildirsə də, "Reuters" jurnalistlərinin məzarlığı canlı izlədiklərini bildirir. "Müəyyən səbəblərdən oraya yaxınlaşmağın təhlükəli olduğunu düşünürük və hərbçilər əraziyə baxış keçirəndən sonra əməkdaşlarımız kütləvi məzarlıqlarla bağlı ətraflı məlumat hazırlaya biləcəklər",- deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »