Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: Rusiyanın planlaşdırdığı üç hədəfi uğursuzluğa düçar oldu
Blinken: Rusiyanın planlaşdırdığı üç hədəfi uğursuzluğa düçar oldu

Rusiya Ukraynanı işğal etməkdə qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı. Strateji uğursuzluğa düçar oldu və ola bilsin ki, məğlubiyyətə uğrayacaq.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Entoni Blinken Entoni Blinken

"Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəçiliyinə tabe etmək; onun suverenlikdən və müstəqillikdən məhrum etmək; Rusiyanın gücünü Ukrayna üzərindən dünyaya göstərmək, hərb yolu ilə hamıya qarşı çıxa biləcəyini göstərməklə Qərbin böyük ittifaqlarını parçalamaq. Lakin o buna nail ola bilmədi, hər üç cəbhədə uğursuzluğa düçar oldu",- deyə Blinken bildirib.

Onun sözlərinə görə, Ukraynanın müstəqilliyi indi daha da möhkəmlənib. "Bu, suveren, müstəqil Ukraynadır və o, bundan sonra uzun illər öz suverenliyini qoruya biləcək. Lakin Vladimir Putinin o qədər hakimiyyətdə qalacağına inanmaq olmur",- ABŞ dövlət katibi deyib.

O, əlavə edib ki, Rusiyanın nüfuzu xeyli azalıb və onun ordusunun müasir ordulardan xeyli geri qaldığı üzə çıxıb.

"Rusiyanın iqtisadiyyatı çökməyə başlayıb. Və təbii ki, NATO və Qərb heç vaxt olmadığı qədər birləşib. Ona görə də, biz artıq təbii sərvətlərlə zəngin Rusiyanın bütün sahələrdə dramatik geriləməsinin şahidi oluruq",-  deyə Blinken bildirib.

Verilən məlumata görə, Ağ Evin aparat rəhbəri Ron Klein Moskvanın qoşunların Kiyevdən çıxarılması ilə bağlı bəyanatlarına baxmayaraq, Ukraynadakı müharibənin hələ “bitməkdən çox uzaq olduğu” barədə xəbərdarlıq edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar şərqdəki ərazilərə nəzarəti saxlamaq üçün Ukraynaya kömək etməyə hazırdır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »