Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Azərbaycandakı rəsmisi Bakıdakı partlayışla bağlı başsağlığı verib
BMT-nin Azərbaycandakı rəsmisi Bakıdakı partlayışla bağlı başsağlığı verib

“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk”.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tviterdə yazıb.

"Yaralıların tezliklə sağalmasını diləyirik", - Vladanka Andreeva qeyd edib.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »