Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: "Müasir dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır"
Peskov: "Müasir dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır"

Müasir dünyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qədər öz qərarlarını verməkdə müstəqil olan siyasətçilər azdır.

APA-nın məlumatına görə, bunu “Rossiya-1” telekanalının efirində "Moskva, Kreml, Putin"proqramına müsahibəsində Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sözsüz ki, hamı amerikalıların dəhşətli təzyiqi altındadır və heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etməyə özündə güc tapmır. Bu baxımdan, əlbəttə ki, müasir siyasi Olimpdə Ərdoğan kimisi çox azdır ", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir: "Lakin bu məsələdə heç də bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə açıq şəkildə "yox" deyir".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »