Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna hər ay hərbi əməliyyatlara təxminən 10 milyard dollar xərcləyir - Video
Ukrayna hər ay hərbi əməliyyatlara təxminən 10 milyard dollar xərcləyir - Video

Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Başçısı Aparatının və Nazirlər Kabinetinin iqtisadi blokları ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə administrasiyanın mətbuat xidmətinin məlumat verib.

İştirakçılar Ukrayna iqtisadiyyatının vəziyyətini müzakirə edib və yaxın gələcəkdə onun inkişafı ilə bağlı proqnozları nəzərdən keçiriblər.

Maliyyə Nazirliyinin məlumatına görə, Ukrayna dövləti bir ay ərzində hərbi əməliyyatlara təxminən 10 milyard dollar xərcləyir. İclasda maliyyə xərclərinin mənbələri, xüsusən də öz vergi gəlirləri və Ukraynanın beynəlxalq tərəfdaşlarının yardımı müzakirə edilib.

Eyni kontekstdə iclas iştirakçıları apreldə keçirilməsi nəzərdə tutulan sadələşdirilmiş vergi sisteminə keçidin perspektivləri məsələsinə də toxunublar: "Onlar həmçinin əkin kampaniyasını, xüsusilə fermerlərin yanacaqla təmin olunmasını müzakirə ediblər. Yanacağın idxalını diversifikasiya etmək və Ukraynanın enerji infrastrukturunu Rusiya ordusunun bombardmanlarından qorumaq yolları nəzərdən keçirilib", - mesajda deyilir.

Aprelin 1-də baş nazir Denis Şmihal müharibədən sonra bütün şəhərlərdə eyni vaxtda yenidənqurma işlərinə başlanılacağını bəyan edib. Onun sözlərinə görə, ölkənin bərpasının mənbələri Rusiya Federasiyasının həbs edilmiş aktivləri, xarici yardımlar, Ukraynanın yaradılmasında xüsusilə də "G7" ilə birlikdə çalışdığı bərpa fondu, eləcə də dövlət büdcəsi olacaq.

Qeyd edək ki, bu saatlarda Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bütün Kiyev vilayətinin rus hərbçilərindən azad edildiyini bildirib. “İrpin, Buça, Qostomel və bütün Kiyev vilayəti düşməndən azad edilib”, - deyə o qeyd edib.

Lakin şəhərlərdən çəkilən görüntülər buradan vəhşi varlıqların keçdiyi təsüratını yaradır. Ukraynanı "nasuzmdən xilas etməyə gələn" Rus ordusu zərər vurmadığı bina, obyekr və infrastruktur qalmayıb. Bütün şəhərləri xarabalığa çevriblər. Ukraynaya müharibənin dağıntılarını bərpa etmək üçün xeyli xərc lazım olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »