Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma Papası Kiyevə səfəri nəzərdən keçirir
Roma Papası Kiyevə səfəri nəzərdən keçirir

Roma Papası Fransisk Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

Qərb mətbuatının xəbərinə görə, katolik kilsəsinin rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski və şəhər meri Vitali Kliçko, eləcə də Ukraynanın dini rəhbərliyi tərəfindən martın 8-də Ukraynaya dəvət edilib.

Qeyd olunub ki, səfər baş tutarsa, bu işğalın başlamasından sonra Ukraynaya ən yüksək səviyyəli səfər olacaq.

Vatikan Ukraynadan dəvət məktubu qəbul etdiyini təsdiqləyib və Papanın ukraynalılar üçün dua etdiyini bildirib, lakin səfər planı ilə bağlı heç bir məlumat verməyib.

Bu gün Papa Fransisk Romadan Maltaya uçuşu zamanı təyyarədə reportyorun səfəri nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualını cavablandırıb.

“Bəli, bu məsələ masa üzərindədir”, - Roma Papası əlavə detalları açıqlamadan bildirib.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »