Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hazırkı durumdan çıxış yolu yeni iş yerləri və əmək haqlarının artırılmasıdır
Hazırkı durumdan çıxış yolu yeni iş yerləri və əmək haqlarının artırılmasıdır

Son günlərdə həm müharibələr, həm pandemiya səbəbindən baş verən bahalaşma insanların büdcəsinə ciddi şəkildə təsir edir. Statistika komitəsinin son açıqlamasına görə Azərbaycanda aylıq orta əmək haqqı 974 manat olub. Bununla yanaşı ölkədə minimum əmək haqqı 300 manat təşkil edir. Bu rəqəm Dövlət sosial müdafiə fondunun ödənişlərini və vergi xərclərini çıxmaqla nəzərdə tutulan göstəricidir. Minimum əmək haqqının bir qayda olaraq artırılması ildən ilə aparılır.

Bildiyimiz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu ölkəyə 1,5 milyard manat vəsaitə başa gəlir və əhatə dairəsi 2 milyon insandan çoxdur.

Bəs bu gəlir insanların maddi ehtiyaclarını nə dərəcədə ödəyir? Bu məsələ Milli Məclisdə gündəmdədir və Millət vəkilləri də öz narahatçılıqlarını bildirirlər.Hazırda dünyada baş verən dəyişikliklər bahalaşmanın qarşısını almağa çətinliklər yaradır. Bahalaşan məhsullardan biri də taxıldır. Azərbaycanın taxıla olan ehtiyacının 40 faizini yerli istehsal, 60 faizini idxal təşkil edir. Çörəyin qiymətində yenə artım olacağına dair xəbərlər yayılmaqda davam edir. Mütəxəsislər bildirirlər ki indiki vəziyyət üçün ən mühüm addım insanların nəvaciblərinin artırılmasıdır.

Razi Nurullayev Razi Nurullayev

Millət vəkili Razi Nurullayev qeyd edir ki, əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün rəqabətli iş yerlərinin artırılması əsasdır. Qiymətləri aşağı edə bilmirlərsə, yeganə yol əmək haqqının artırılmasıdır. Bunun üçün isə dövlət büdcəsində pul olması əsas şərtdir. Gələn xarici sərmayədarlarlara, biznesmenlərə elə şərait yaratmaq lazımdır ki, bir işi qurarkən xərcə düşməsin və onlar pulu birbaşa istehsala qoysun.

Ukraynada, Rusiyada çalışan biznesmenlər həmin ölkələri tərk edərək başqa ölkələrdə öz fəaliyyətlərini davam etdirirlər. Həmin sahibkarları ölkəmizə cəlb eləmək üçün onlara pulsuz ofislər təklif etməli və sıfır faiz vergi qoymalıydı. Həmçinin onların bütün problemlərini dövlət tərəfindən həll olunacağını nəzərə çatdırmalıydı. Öncədən düşünülmüş bu kimi addımlar həm ölkə üçün həm də əhalinin durumu üçün müsbət nəticələrlə qarşılana bilər.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »