Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyev vilayəti bütünlüklə işğaldan azad edilib
Kiyev vilayəti bütünlüklə işğaldan azad edilib

Kiyev vilayətinin bir sıra rayonlarında ərazilər düşmən işğalından azad edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat verib.

Onun sözlərinə görə, işğalçılardan azad edilən Kiyev vilayətinin Brovarski, Vışqorodski və Buçanski rayonlarında rayon mərkəzləri düşməndən geri alınıb. Azad edilmiş ərazilərdə təxribat tədbirlərinin qarşısını almaq məqsədi ilə 2 günlük gücləndirilmiş komendant saatı tətbiq olunacaq”, - deyə məlumatda bildirilir.

Aydınlaşdırılır ki, əsas məsələ əraziləri Rusiya təcavüzünün nəticələrindən - minalardan, meyitlərdən və hərbi sursat qalıqlarınadn təmizləməkdir.

Pavlyuk bu əraziləri tərk edən insanları hələlik evlərinə qayıtması üçün tələsməməyi məslət gorüb: "Ərazi təsəvvür etmədiyiniz qədər təhlükəlidir. Düşmən ərazini yenicə tərk edib. Biz sizin hisslərinizi anlayırıq. Amma hazırda buraya dönmək sizin həyatınız üçün olduqca təhlükəlidir. Düşmən çıxmağa məcbur dilərkən ərazidə xeyli mina basdırıb və mina tələləri qurub. Hələlik olduğunuz yerdə qamağınız bizə işlərimizi sürətlə davam etdirməyimizə kömək olcaq", - deyə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri vilayəti tərk etmək məcuriyyətində qalmış sakinlərə müraciətində qeyd edib.

Kiyev vilayətinin qalan hissəsində komendant saatı hər gün saat 21:00-dan 06:00-a qədər olacaq.

P.S. UNİAN xəbər agentliyinin Ukrayna hökumətinə istinadən yaydığı son məlumata görə, artıq Kiyev vilayəti bütünlüklə işğaldan azad edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »