İndi Rus işlından yenicə azad edilmış Buçada təmizlik və yoxlama işləriaparılır - polis və istehkamçılar gərgin iş şəraitində işləyir.
Bizimyol.info xəbər verir ki, “The World Inside Out” verilişinin tanınmış ukraynalı aparıcısı Dmitri Komarov patrul polisinin birinci kolonu ilə Buça şəhərinə daxil olub.
O, bir aydır görmədiyi çörəyi görəndə insanların necə ağladığını söylədi. Bir gün əvvəl şəhər rus işğalçılarından azad edildi.
Aparıcı Rusiya ordusunun komanda məntəqəsinin harada olduğunu göstərib. O, həmçinin vurğulayıb ki, hazırda şəhərdə çoxlu minalanmış ərazi var. İndi Buçada təmizlik və yoxlama gedir - polis və istehkamçılar işləyir.
“Nə deyim, burada gördüklərini anlatmaq çətindir. Sadəcə insanlara "yazıqlar" deyə bilərəm. Biz maşın sürürdük və yollarda çoxlu sayda mülki vətəndaşın öldüyünü gördük. Gənc, qoca meyitlər küçələrdə qalıb. Düşmən insanlara həmyerlilərini dəfn etməyə belə icazə verməyib. Qarşılarına çıxan hər kəsi öldürüblər. Öldürülənlər ilə öz doğma şəhərlərinin küçələrində qalıblar. Hər tərəfdə cəsədlər var”, - deyə Komarov paylaşdığı videogörüntüdə qeyd edib.
Onun sözlərinə görə, insanlar çörəyə baxıb ağlayır, yeməyə heç nələri yox idi.
“İnanmazsınız, camaat çörəyə baxıb ağlayır. Bir aydır ki, çörək görmürlər”, - deyə aparıcı əlavə edib.
Aparıcıya verdiyi şərhdə hərbçi bildirib ki, şəhərdə çoxlu əlləri bağlı meyitlər var. Bu o deməkdir ki, insanlar müqavimət göstərdilər, işğalçılar onlara işgəncə verdikdən sonra güllələləyərək qətlə yetiriblər.
"Budur Buça şəhəri azad edilib. Artıq burada rus əsgəri yoxdur".
Qadir, Bizimyol.info