Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fotomüxbir Kiyev yaxınlığında öldürülüb
Fotomüxbir Kiyev yaxınlığında öldürülüb

Məşhur ukraynalı fotoqraf və sənədli film ustası Maks Levin Kiyev vilayətində vəfat edib. Onun 40 yaşı var idi.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Martın 13-də Levin rus işğalının törətdikləri vəhşiliklər barədə sənədli görüntülər əldə etmək üçün Quta Mejiqorskaya kəndi ərazisinə getdib. Həmin vaxt ərazidə yenidən döyüşlər başlayıb və fotoqrafla əlaqə kəsilib. Onun meyiti aprelin 1-də tapılıb.

Levinin başından qəlpə yarası alaraq həlak olduğu bildirilir.

Levin "LB.UA", "Reuters", "BBC", "Associated Press" və digər Ukrayna və beynəlxalq media ilə işləyib. Onun fotoşəkili, digərləri ilə yanaşı, "The Wall Street Journal", "The Moscow Time", "Vatican News", "Radio Liberty" tərəfindən dərc edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »