Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya neftindən imtina davam edir: "30-dan çox ölkə nefti buraxmağa razılaşdı"
Rusiya neftindən imtina davam edir: "30-dan çox ölkə nefti buraxmağa razılaşdı"

Dünyanın ən böyük neft treyderi olan “Vitol Group” 2022-ci ilin sonuna qədər Rusiya neftinin ticarətini dayandıracaq. Bununla yanaşı neft məhsullarının bahalaşmasının qarşısını almaq üçün ABŞ prezidenti Co Bayden 30 ölkənin ehtiyatlarından gündə 60 milyon ton neftin buraxılmasını stimullaşdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd edilib ki, Rusiya neftindən imtina tədricən baş verəcək. Belə ki, cari müqavilə ödəlikləri azaldığı üçün “Vitol” tərəfindən emal edilən Rusiya neftinin həcmi ikinci rübdə əhəmiyyətli dərəcədə azalacaq.

“Şirkət başqa hal nəzərədə tutulmasa, xam neft və neft məhsulları ticarətini dayandırmaq niyyətindədir. 2022-ci ilin sonu biz bunun tamamlanacağını gözləyirik”,- deyə şirkət nümayəndəliyi agentliyə açıqlamasında bildirib.

Qeyd edək ki, bu şirkət “Trafigura”, “Glencore” və “Gunvor” ilə birlikdə karbohidrogen satışı ilə məşğul olan dünyanın ən böyük neft treyderlərindən biridir.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell” Rusiyadakı bütün neft-qaz layihələrində iştirakdan imtina etmək niyyətində olduğunu bəyan etmişdi.

Qeyd edək ki, prezident Bayden də öz sosial şəbəkə hesabında neft məsələsinə toxunub: “Putinin qiymət artımının öhdəsindən gəlməyə kömək etmək üçün mən növbəti 6 ay ərzində strateji neft ehtiyatımızdan gündəlik 1 milyon barel neftin buraxılmasına icazə verdim və 30-dan çox ölkə neft buraxmağa razılaşdı. Yəni əlavə 60 milyon barel”.

Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasını sülhə məcbur etməyin başqa yolu olmadığını və yeganə çıxış yolunun isə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə Rusiya neft və qazının idxalına qadağaların da daxil edilməsi olduğunu bildirib. Zelenski həmçinin qeyd edib ki, Putin rejimi hər şeydən qurtulacağına inanır.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »