Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq cəhdləri ifşa edilib
Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq cəhdləri ifşa edilib

ABŞ-da Ədliyyə Nazirliyinin işçi qrupu rusiyalı oliqarxların sanksiyalardan yayınmaq cəhdlərini üzə çıxarıb. Bu, hətta hələ qara siyahıya düşməyənlərə də aiddir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ Ədliyyə Nazirliyinin işçi qrupuna rəhbərlik edən vəkil Endryu Adams deyib.

Adams xəbərdarlıq edib ki, sanksiyalardan yayınmağa çalışan oliqarxlar qanunsuz qazancları izləmək üçün “görünməmiş” beynəlxalq əməkdaşlıq səviyyələri ilə üzləşirlər.

"Bəziləri haqqında ictimaiyyətə məlumat verilib. Məsələn; yaxtalar, təyyarələr şəklində əmlakın daşınması halları. İnsanlar belə hesab edir ki, bu halda araşdırma və dondurma daha çətin ola bilər",- deyə Adams bildirib. İşçi qrupun məqsədi Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün rus oliqarxlarının maliyyəsini təhlükəyə atmaqdır. ABŞ və onun müttəfiqləri Putinə, onun bir çox varlı dostlarına və onlarla Rusiya biznesinə və dövlət qurumlarına qarşı bir neçə raund sanksiya tətbiq edib. Onlarla ölkə, o cümlədən Aİ dövlətləri, Avstraliya, Kanada, Yaponiya və Böyük Britaniya ABŞ-la birləşərək Rusiya prezidenti Vladimir Putin və onun aktivlərinin axtarışı üçün xüsusi işçi qrup yaradıblar. Rusiyalı oliqarxların və siyasətçilərin pullarını harda gizlətmələri ilə bağlı istənilən məlumata görə, onlar mükafat ödəyəcəklərini vəd edirlər.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »