Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Mariupol sakinlərinin təxliyəsi üçün gəmilər verməyə hazırdır
Türkiyə Mariupol sakinlərinin təxliyəsi üçün gəmilər verməyə hazırdır

Türkiyə martın əvvəlindən mühasirədə olan Mariupoldan dinc əhalinin və yaralıların təxliyəsi üçün gəmilər verməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, “Ukrinform” DHA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Biz gəmiləri ilk növbədə Mariupoldan mülki əhalinin, yaralıların, Türkiyə və digər ölkə vətəndaşların təxliyəsi üçün təmin edə bilərik. Bu kontekstdə Rusiya Federasiyası və Ukraynanın hakimiyyət orqanları ilə koordinasiyamız davam edir”, - deyə nazir bildirib.

O, həmçinin dərhal atəşkəsin və təxliyə dəhlizlərinin təhlükəsiz istismarının vacibliyini vurğulayıb.

“Biz Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edirik. Türkiyə evakuasiya məsələlərinə də dəstək verir. Bundan sonra da bunu davam etdirmək istəyirik”, - deyə Akar bildirib.

Onun sözlərinə görə, Türkiyə Qara dənizdə minaların axması təhlükəsini aradan qaldırmaq, patrul təyyarələri və gəmiləri, həmçinin mina ovlayan gəmiləri cəlb etmək üçün də addımlar atır.

Ukrinform xəbər verir ki, Rusiyanın təcavüzü Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. İşğalçılar silahsız sakinləri bombalayır və humanitar yardımın qarşısını alır. İnsanlar şəraitsiz sığınacaqlarda yaşamağa məcbur olublar.

Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, martın 27-nə olan məlumata görə, Mariupolda mülki əhalinin sayı təxminən 5 min nəfər olub, onlardan 210-u uşaqdır: "Rus işğalçıları tərəfindən mühasirəyə alınmış Mariupolda 160 minə yaxın mülki sakin yerləşdirilib. Humanitar dəhlizin Rusiya ordusu tərəfindən atəşə tutulmasına görə, ətraf aləmdən təcrid olunmuş şəhərdə vəziyyət olduqca acınacaqlıdır", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »