Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Beynəlxalq Kosmik Stansiyalarla əməkdaşlığı dayandırır
Rusiya Beynəlxalq Kosmik Stansiyalarla əməkdaşlığı dayandırır

Rusiya Ukraynaya qarşı başladığı müharibə ilə bağlı Qərbin rəhbərlik etdiyi sanksiyalar aradan qaldırılana qədər “Roskosmos”un Beynəlxalq Kosmik Stansiyada əməkdaşlığa son qoyacağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin “Twitter” səhifəsində məlumat verib.

O qeyd edib ki, ölkənin Kosmik Agentliyinin rəhbərliyi orbitdəki laboratoriya ilə bağlı daha NASA və ya Avropa Kosmik Agentliyi ilə işləməyəcəyi barədə qərar verib. Agentliyinin rəhbəri hazırkı layihələrin tamamlanma cədvəlini ən qısa vaxtda Kremlə təqdim edəcəyini və ölkə rəhbərli ilə razılaşmalardan sonra qarşı tərəfə də məlumat veriləcəyini bildirib.

“Roskosmos”un rəhbəri D. Roqozin: “Hesab edirəm ki, Beynəlxalq Kosmik Stansiyada və digər birgə layihələrdə tərəfdaşlar arasında normal münasibətlərin bərpası yalnız qeyri-qanuni sanksiyaların tam və qeyd-şərtsiz ləğvi ilə mümkündür. "Roskosmos"un ABŞ, Kanada, Avropa İttifaqı və Yaponiyanın kosmik agentlikləri ilə Beynəlxalq Kosmik Stansiya (BKS) çərçivəsində əməkdaşlığın başa çatma vaxtı ilə bağlı konkret təklifləri yaxın vaxtlarda ölkə rəhbərliyinə bildiriləcək”, - deyə qeyd edib.

"BKS indiyə qədər insanlar tərəfindən kosmosa çıxarılan ən böyük tək strukturdur. O, 2000-ci ilin noyabr ayından bəri əsasən ABŞ və Rusiyadan olan çoxmillətli ekipaj tərəfindən davamlı olaraq istismar edilib. Satnsiya tək bir dövlətə məxsus deyil və Avropa, ABŞ, Rusiya, Kanada və Yaponiya arasında “kooperativ proqramların” tədqiqi üçün yaradılıb”, - deyə Avropa Kosmik Agentliyinə (ESA) Rusiya tərəfinə cavab olaraq bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »