Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariupoldan 3000 nəfər çıxarılıb - Ruslar həm geri çəkilir, həm də yeni hücuma hazırlaşırlar
Mariupoldan 3000 nəfər çıxarılıb - Ruslar həm geri çəkilir, həm də yeni hücuma hazırlaşırlar

Prezident Vladimir Zelenski - müharibə dövrünün liderinə çevirən komediyaçı videomüraciətində deyib ki, Rusiya Donbas və Xarkovda “yeni güclü zərbələr” hazırlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə "dailymail" məlumat verib.

Bildirilir ki, Prezident Vladimir Zelenski xəbərdarlıq edib ki, Rusiya Ukraynanın şimalından “asta hərəkətlərlə, lakin nəzərəçarpacaq şəkildə” geri çəkilir: "Eyni zamanda, şərqdəki Rusiya qüvvələri “yeni güclü hücum zərbələri” ilə bağlı cəmləşmə hazırlıqlarına başlayıblar", - deyə Prezident qeyd edib.

Ukrayna prezidenti cümə günü axşam saatlarında videomüraciəti zamanı Ukraynalılara Donbas bölgəsində və ölkənin ikinci ən böyük şəhəri olan Xarkovda "ağır döyüşlərin" gözlədiyini söyləyib. O, bu barədə məlumatların olduğunu bildirərək, cavab tədbirlərinin də görüləcəyini vurğulayıb.

O əlavə edib ki, cümə günü 3000-dən çox insanın mühasirəyə alınan cənub-şərqdəki Mariupol şəhərindən avtobus və şəxsi avtomobil karvanı ilə çıxarılmasına nail olunub. Qırmızı Xaç Komitəsinin isə bu gün üçün yeni təxliyə cəhdləri hazırladığını qeyd dib.

Bəzi ekspertlər Rusiya qüvvələrinin bu həftə şəhərin mərkəzinə çatmasından sonra şəhərin süqutunun qaçılmaz olduğuna bildirir: "İndi şəhərin küçələrində  qorxulu çeçen əsgərləri gəzir", - deyə qeyd edirlər.

Zelenski şərqdə vəziyyətin "son dərəcə çətin" olaraq qaldığını desə də, onun qoşunları başqa yerlərdə, əsasən də dünən paytaxt Kiyev və Çerniqov vilayətlərində uğur qazanıblar və burada son günlər ən azı 30 şəhəri, o cümlədən İrpini və şəhərin kənarındakı Hostomel aviabazasını geri alıblar. Cümə günü səhər həmçinin ağır şəkildə çirklənmiş Çernobıl nüvə sahəsinə Ukrayna ordusunun nəzarəti bərpa edilib.

"İşğalçılar ölkəmizin şimalındakı qüvvələrini geri çəkirlər. Düşmən ordunun yavaş olsa da, geri çəkilməsi nəzərə çarpacaq dərəcədə müşahidə olunur. Hərbçilərimiz onları geri sıxışdırdıqca rus əsgərləri geri çəkilərək döyüşdən yayınırlar", - deyə Zelenski qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »