Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 3-nə olan hava proqnozu
Aprelin 3-nə olan hava proqnozu

Aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »