Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Lukaşenkonu təbrik edib - "Dütdülü" söhbəti
Putin Lukaşenkonu təbrik edib - "Dütdülü" söhbəti

Rusiya prezidenti Vladimir Putin şənbə günü Belarus prezidenti Aleksandr Lukaşenkonu iki ölkə xalqlarının birliyi günü münasibətilə təbrik edib. O əldə olunmuş razılaşmaların həyata keçirilməsinin Rusiya və Belarusun beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə şərait yaradacağını qeyd edib.

"Son vaxtlar ölkələrimiz inteqrasiya qarşılıqlı fəaliyyətinin və konstruktiv ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görüb. Bir sıra mühüm sənədlər, o cümlədən sektoral müttəfiq proqramlar, yenilənmiş Hərbi Doktrina və Birlik Dövlətinin miqrasiya siyasəti Konsepsiyası təsdiq edilib", - deyə Kremlin mətbuat xidməti tərəfindən yayılan təbrik teleqramında qeyd olunur.

Putin əldə olunmuş razılaşmaların həyata keçirilməsinin beynəlxalq aləmdə Rusiya və Belarusun mövqelərinin möhkəmlənməsinə, həmçinin ümumi sosial-iqtisadi və humanitar məkanın formalaşması istiqamətində gələcək irəliləyişlərə şərait yaradacağına əminliyini ifadə edib: "Bu, əlbəttə ki, qardaş xalqlarımızın fundamental maraqlarına cavab verir və gərgin beynəlxalq vəziyyət baxımından həqiqətən vacibdir", - Rusiya prezidenti yekunlaşdırıb.

2 aprel hər il bayramdır - 1996-cı ildə Rusiya və Belarus Birliyinin (indiki Rusiya və Belarusun Birlik Günü) yaradılması haqqında sazişin imzalanması şərəfinə təsis edilmiş Xalqların Birliyi Günüdür.

Qdir, Bizimyol.info

P.S. Məlumatı oxuduqda məhşur tamaşadakı deyim yada düşür: "Gör, məni nə ilə təbrik edirlər, "dütdülü". Bir vaxtlar..." Bir vaxtlar Vladimir Putin Lukaşenkonu siyasi səbatsızlıqda qınayaraq ələ salırdı. Bunu Belarus prezidenti Aleksandr Qrigoryeviç Rusiya mətbuatına müsahibəsində etiraf tmişdi. Amma indi dünyadan təcrid olunmuş Vladimir Vladimiroviç Belarus prezidentinə xatırlamadığı bir "gün" üçün təbrik teleqramı göndərib. Bəllidir ki, bu bir protokol qaydasıdır. Lakin indiyə qədər nədənsə, Rusiya prezidentinin katibliyi "2 aprel - Xalqların Birliyi Günü"nə o qədər də əhəmiyyət verməyib. Bu gün isə o, gündür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »