Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Kiyev bir neçə ölkəyə təhlükəsizlik zəmanəti ilə bağlı müraciət edib
Zelenski: Kiyev bir neçə ölkəyə təhlükəsizlik zəmanəti ilə bağlı müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski iddia edir ki, Kiyev bir sıra ölkələrlə təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd layihələri mübadiləsi aparıb.

Bizimyol.info xəbər verir ki, cümə günü yayımlanan "Fox News"a müsahibəsində Ukrayna prezidenti: "Bizə aparıcı dövlətlərdən təhlükəsizlik zəmanəti lazımdır", - deyib. V.Zelenski eyni zamanda vurğulayıb ki, bu həm NATO-ya üzv ölkələr, həm də alyansa üzv olmayan dövlətlər ola bilər. Sözləri ingilis dilinə tərcümə edilən dövlət başçısı: “Biz bunu istəyən ölkələrin açıq şəkildə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyəyə qoşulmasını istərdik”,- deyə bildirib.

“Hazırda mən artıq zamin olmağa hazır olduqlarını bildirən və ya artıq əlaqə saxladığımız və təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi ilkin sənədlərin layihələrini mübadilə etdiyimiz ölkələrin adlarını çəkdim”,- Ukrayna lideri bildirib. Onun sözlərinə görə, İsrail və İrlandiya da Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcək ölkələr sırasındadır. “Biz də istərdik ki, Çin də onlara qoşulsun”,- deyə Zelenski bildirib.

Eyni zamanda prezident etiraf edib ki, Rusiya bu müqavilələrdə öz yerini tapmalıdır. “Çünki bu, Ukrayna ilə Rusiya arasında razılaşma olacaq”,- deyib. Onun sözlərinə görə, mümkün müqavilə "Rusiya üzərinə öhdəliklər qoymalıdır, çünki o, silahlı münaqişənin tərəfindəndir".

Bundan əvvəl Rusiya-Ukrayna danışıqlarında Kiyev nümayəndə heyətinin üzvü Aleksandr Çalı demişdi ki, Ukrayna ona təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə neytral və qeyri-nüvə statusunu qəbul etməyə razıdır. Əgər Ukraynaya Şimali Atlantika Müqaviləsinin Beşinci Maddəsi ilə məzmun və formaca eyni olan təhlükəsizlik təminatları verilirsə, Kiyevin fikrincə, qarantların sayına BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (o cümlədən Rusiya), həmçinin Almaniya, İsrail, İtaliya, Kanada, Polşa və Türkiyə daxil ola bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü səhər saatlarında Moskvanın təkcə Rusiyaya deyil, həm də Ukraynaya və bütün Avropa ölkələrinə təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarı olduğunu bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »