Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın yalanı üzə çıxdı: Rusiyaya "Su-30" göndərməsi təsdiqləndi - Video
Ermənistanın yalanı üzə çıxdı: Rusiyaya "Su-30" göndərməsi təsdiqləndi - Video

Türkiyə mətbuatının yazdığına görə, Rusiyaya "Su-30" qırıcılarının verilməsinə dair sübutların olduğunu nəzərə alsaq, Ermənistan Ukraynaya qarşı müharibəyə cəlb olunduğunu söyləmək olar.

Bizimyol.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Haber Qlobal”ın jurnalistləri təyyarələrin martın 23-də Ermənistan ərazisini tərk etdiyini təsdiqləyən peyk görüntülərinə malikdir.

Bu gün İrəvanın Erebuni hava limanından dörd qırıcı təyyarə havaya qalxıb.

Qeydə alınma vaxtını göstərən fotoya istinad edən “Haber Qlobal”ın məlumatına görə, yerli vaxtla saat 12:50-də baş tutub: döyüş qırıcıları Azərbaycanın hələ də bir hissəsi işğal altında olab Xocavənd şəhəri üzərindən uçaraq saat 13:14-də Rusiyadakı enməli olduqları mənzilə çatıblar.

Martın 18-də Ermənistandakı aviabazada çəkilmiş ilk peyk təsvirində 4 ədəd "Su-30" döyüş təyyarəsi əks olunub. Martın 25-də isə eyni yerdən qeydə alınan görüntüdə "Su-30" qırıcıları orada olmadığı məlum olub. Əvəzində orada "MiQ-29"lar yerləşdirilib.

Xatırladaq ki, martın 28-də ilk dəfə olaraq Ermənistanın Rusiya ordusunun hərbi aerotexnika vasitələri ilə təchiz edilməsinə cəlb oluna biləcəyi ilə bağlı məlumat yayılıb. Amma diplomatik nümayəndəliklər, xüsusən də Ermənistanın Ukraynadakı səfirliyi yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, "Su-30SM"lər ölkəyə gətirildiyi gündən heç vaxt Ermənistan ərazisini tərk etməyib.

Qeyd edək ki, Nikol Paşinyan Ukraynadakı müharibə üçün ölkəsi tərəfindən Suriyadan muzdluların tranziti ilə bağlı məlumatları da təkzib edib. Müvafiq yazı Ermənistanın baş nazirinin "Twitter" hesabında yer alıb.

Bir gün əvvələ qədər bu bir ehtimal idi. Ötən gün məlum oldu ki, Rusiya tərəfində Ukraynaya qarşı döyüşən Yaxın Şərqdən olan könüllülərdən birinin dediyinə görə, döyüşçülərin çoxu bir tikə çörək üçün bu addımı atırlar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »