Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ordusu Buça şəhərini Rusiya hərbçilərindən azad edib
Ukrayna ordusu Buça şəhərini Rusiya hərbçilərindən azad edib

Ukrayna ordusu Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən azad edib.

“Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Buçanın meri Anatoli Fedoruk şəhərin Rusiya qoşunlarından azad edildiyini təsdiqləyib. Mer vurğulayıb ki, şəhərin azad edilməsinə dünən, martın 31-dən başlanılıb.

“Bu gün Buçanın və bütün Buça icmasının şanlı tarixinə düşəcək”, - o qeyd edib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bildirib ki, Rusiya qoşunları Buçadan geri çəkilərkən mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.

Qeyd edək ki, martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »