Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba: “Ukrayna Zelenski ilə Putin arasında görüşə hazırdır”
Kuleba: “Ukrayna Zelenski ilə Putin arasında görüşə hazırdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında Türkiyədə keçirilən danışıqlarda düzgün ab-hava yaradıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirdiyi brifinqdə bildirib.

“Türkiyə Prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün oldu. Bu, birmənalı olaraq müsbət qərardır. Eləcə də onun, diplomatik dillə desək, danışıqlarda düzgün ab-hava yaratdığı qeyd olunmalıdır. Çünki Ərdoğan danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət edib”, - Kuleba deyib.

O bildirib ki, Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilinəcəyi halda bu təşəbbüsü yalnız alqışlayacaqlar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »