Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ərdoğana təşəkkür etdi
Putin Ərdoğana təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Ukrayna danışıqlar nümayəndə heyətlərinin çərşənbə axşamı İstanbulda keçirilən görüşü müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını bildirib.

Tərəflərin sağlam düşüncə ilə hərəkət etməsinin və dialoqun davam etdirilməsinin vacib olduğunu deyən Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskini bir araya gətirərək sülhə nail olmaq istədiklərini dilə gətirib.

Putin Rusiya-Ukrayna danışıqlarının nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Ərdoğana təşəkkür edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »