Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğalçılar Melitopoldan təxliyənin qarşısını kəsiblər
İşğalçılar Melitopoldan təxliyənin qarşısını kəsiblər

Rus işğalçıları Zaporojye vilayətinin Melitopol şəhərindən Zaporojyeyə təxliyənin qarşısını kəsdilər.

Bizimyol.info xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində Melitopol meri İvan Fedorov məlumat verib.

“Nəhayət, Melitopoldan insanları evakuasiya edən avtobuslar şəhəri tərk edir.

Doğma yurdlarını ürəkdən sevən melitopollular onu tərk etmək fürsətini səbirsizliklə gözləyirdilər. Həm də ona görə ki, rus işğalçıları dinc sakinlərin həyatını cəhənnəmə çeviriblər”, -deyə o bildirib.

Fedorov xatırladıb ki, bir neçə gün rus hərbçiləri həyasızcasına “yaşıl” dəhlizin qarşısını kəsiblər və avtobusları Melitopola buraxmayıblar.

“Bu müddət ərzində 1000-dən çox insan çıxış məntəqəsinin yaxınlığında toplaşaraq evakuasiyanı gözləyib. İndi 6 avtobus, 3 yük maşını və 300-dən çox minik avtomobilindən ibarət karvan Zaporojye istiqamətində hərəkət edir”, - deyə o əlavə edib.

Şəhər rəhbəri hələ də evakuasiyanı gözləyənlərə də müraciət edərək, bunun tezliklə mümkün olacağının gözlənildiyini qeyd edib.

“Biz artıq daha bir humanitar karvan təşkil edirik. O karvan tezliklə Melitopola lazımi yardımı çatdıracaq və geri dönərkən şəhərdən insanlarını götürəcək.

Bütün sakinlərimizin təhlükəsiz olduğuna əmin olana qədər biz bu cür humanitar kolonları təkrar-təkrar göndərəcəyik”, - deyə vurğulayıb.

Bu gün səhər saatlarında telemarafon zamanı Fedorov bildirib ki, onun hesablamalarına görə, hələ də Melitopol ərazisində təxminən 70-75 min insan qalıb. Ruslar bu insanları girov götürməyə çalışırlar.

"İşğalçılar insanların şəhəri tərk etməməsi üçün hər şeyi edirlər. Biz başa düşürük ki, onlara girovlar lazımdır. Hər kəsə ancaq Krıma getmək icazəsi verilir.

Deyirlər ki, ora problemsiz gedə bilərsən, amma bizimkilər Krıma getmək istəmir. Onlar Ukraynaya getmək istəyirlər”, - deyə Fedorov bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »