Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kadırovçular da qorxur - onlar da qırılır, deşik-deşik olurlar”
“Kadırovçular da qorxur - onlar da qırılır, deşik-deşik olurlar”

Rusiya ordusu Çeçenistan lideri Ramzan Kadırovun döyüşçülərinin xidmətindən də istifadə edir. Onlar qeyri-adi döyüş bacarığı göstərmir. Sadəcə, dinc əhali ilə daha amansız davranırlar. Ukraynanın milli qəhrəmanı Yevgeni Mejevikin Kadırov döyüşçülərinin bir işə yaramadığını düşünür.

Bizimyol.info xəbər verir ki, ukraynalı döyüşçü hadisələrin mərkəzində olmasına baxmayaraq, yerli mediaya danışmağa imkan tapıb. Mejevikin stereotipləri yaxına buraxmır. Təcrübəli döyüş ustası kadırovçuların daha güclü və qəddar olması haqda deyilənləri əhəmiyyətsiz söz-söhbət sayır.

“Olsun da kadırovçular... Onların da bizim kimi əlləri, ayaqları, başı var. Onlar da qırılır, deşik-deşik olurlar. Adi insandırlar. Onlar da başqaları kimi qorxur”.

Mejevikin düşmənin böyük güc və resurs itirdiyini deyib. O, Ukrayna müqavimət qüvvələrinin daha güclü olduğuna inanır.

Kadırovun döyüşçüləri Ukraynada heç də gözləntiləri doğrultmur. Yayılan videogörüntülərdə onların necə böyük itkilər verdiyi nəzərə çarpır. Belarusda alternativ media yazır ki, həlak olan kadırovçuların meyitlərini daha çox bu ölkəyə gətirirlər. Tabutları Çeçenistana göndərməyə tələsmirlər.

Ramzan Kadırov da “yalançı qəhrəmanlıq” nümayiş etdirir. Çeçenistanın rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenskini bir neçə dəfə hədələyəndən sonra müharibə ocağına yollandığını açıqlamışdı. Fotolardan birində Kadırovun guya Mariupolda namaz qıldığı əksini tapıb. Halbuki arxada “Pulsar” yanacaqdoldurma məntəqəsi nəzərə çarpır. “Rosneft”in benzin stansiyalarına isə Ukraynada rast gəlmək mümkün deyil. Deməli, Kadırov qorxudan Ukraynaya getməyib, fotonu Rusiyada çəkdirib.

Müharibənin gedişi Rusiya ordusu üçün ürəkaçan deyil. Kreml qoşunlarının azı 17700 hərbçi itirdiyi bildirilir. 624 tank sıradan çıxıb. Ukrayna müqavimət qüvvələrinin məhv etdiyi təyyarə və vertolyotların sayı 300-ə yaxınlaşır. Rəqəmləri bir kənara qoysaq, yenə Rusiya ordusuna təsəlli olacaq çox nüans yoxdur. Kiyev uğrunda döyüşlər uduzulub. Böyük şəhərlərdə hakimiyyəti dəyişmək mümkün olmayıb. Rusiya açıq-aşkar müharibəni uduzur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »