Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: "başqa şərtlər" olacağı təqdirdə rublla qaz ödənişlərini ləğv edilə bilər
Kreml: "başqa şərtlər" olacağı təqdirdə rublla qaz ödənişlərini ləğv edilə bilər

Qazın dost olmayan ölkələrə rublla tədarükü ilə bağlı qərar gələcəkdə ləğv oluna bilər, lakin hələlik bu, Moskva üçün ən etibarlı variantdır.

Bizimyol.info xəbər verir ki, bunu cümə günü jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, əgər başqa şərtlər yaranarsa, rublla ödəniş də ləğv edilə bilə. Bu halda dəmir-betondan qurulmuş divar yoxdur. Amma indiki şəraitdə rubl bizim üçün ən üstün və etibarlı variant budur", - o, qazın pulunu ödəmək qərarının verilib-verilməməsi ilə bağlı suala cavab verib.

Kreml nümayəndəsinin diqqəti Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl səsləndirdiyi sözlərə də yönəlib. Cümə axşamı dövlət başçısı qeyd edib ki, Avropa ölkələri Rusiyadan qazın bir hissəsini faktiki olaraq pulsuz alıblar, çünki onlar “avro ilə ödəyiblər, sonra isə bundan özləri imtina edirlər”.

Peskovdan rublla qaz ödənişləri haqqında fərmanın artıq tədarük edilmiş resurslara da şamil edilə biləcəyini soruşdular. "Xeyr, əlbəttə ki, onun geriyə qüvvəsi yoxdur", - deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Putin dost olmayan ölkələrə qaz nəqli üçün ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib. O, Rusiyanın dollar və avro da daxil olmaqla güzəşt edilmiş valyutalarda bu cür müqavilələr üzrə ödənişi qəbul etməkdən imtina edəcəyini bildirib və hökumətə mövcud müqavilələrə lazımi dəyişikliklərin edilməsi üçün "Qazprom"a göstəriş verməyi tapşırıb.

Martın 31-də Putin müqavilələr üzrə yeni ödəniş sistemini nəzərdə tutan qeyri-dost ölkələrlə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »