Kreml Türkiyə və Rusiya prezidentlərinin bu gün telefonla danışacağı vaxtı açıqlayıb.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, Kreml prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu gün telefonla danışacağını açıqlayıb. Ərdoğan və Putin görüşünün bu gün saat 16.00-da baş tutacağı gözlənilir.
Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin gün ərzində diplomatik görüşlər keçirəcəyini bildirib. “Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Bu gün Putinin beynəlxalq səviyyədə bir neçə görüşü olacaq. Artıq Ankaradakı həmkarlarımıza danışıqla bağlı tərəfimizdən məlumat verilib. Biz Putinlə Ərdoğan arasında görüş olacağı xəbərini təsdiq edirik”, - deyə o bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu bugünkü açıqlamasında prezident Ərdoğanın Zelenski ilə dünənki görüşünə diqqət çəkib və dövlət başçısının Rusiya lideri Putinlə də telefonla danışacağını bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat mənsublarının suallarını cavablandırıb. Nazir Çavuşoğlu Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı son hadisələri çatdırıb və sualları cavablandırıb.
Çavuşoğlu, "İstanbul danışıqlarında xüsusi irəliləyiş var və bunun dahada inkişaf etdirilməsinə ehtiyac var. Biz hər iki tərəflə təmaslarımızı fasiləsiz davam etdiririk. Bir tərəfdən nazirlər, nümayəndə heyətləri ilə görüşür. Cənab prezidentimiz liderlərlə görüşür. Aktiv təmaslarımız davam edir. İndi fasiləsiz, daimi atəşkəsə nail olunmalıdır. Bizim prezident Vladimir Putinlə görüşü zamanı bu mövzunu da müzakirə edəcək”, - deyə o qeyd edib.
Qadir, Bizimyol.info