Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin səhiyyə naziri Ukraynaya səfər edəcək
İsrailin səhiyyə naziri Ukraynaya səfər edəcək

İsrailin səhiyyə naziri Nitzan Horovitz bazar ertəsi Ukraynaya səfər edəcək.

Bizimyol.info xəbər verir ki, "Haruts Sheva"nın verdiyi məlumata görə, İsrail nazirinin müharibə başlayandan bəri Ukraynaya ilk səfəri olacaq.

Bildirilir ki, Nitzan Horovitz ukraynalı həmkarı ilə görüşəcək və İsrailin Ukraynada yerləşdirdiyi səhra xəstəxanasına baş çəkəcək.

Xatırladaq ki, İsrailin “Kokhav Meir” səhra xəstəxanası martın 22-də Ukraynada fəaliyyətə başlayıb. O, Lvov vilayətində yerləşdirilib. Xəstəxanada ukraynalı həkimlərlə birlikdə əhaliyə, o cümlədən miqrantlara yardım göstərən İsraildən olan mütəxəssislər də çalışır.

Ötən həftə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsrailə səhra xəstəxanası verdiyinə görə təşəkkür edib. Öz növbəsində İsrailin xarici işlər naziri Yair Lapid: "Bir nəfərin həyatını xilas edən bütün dünyanı xilas etmiş olur. İsrail Ukrayna xalqına çətin anında kömək etməyə davam edəcək", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »