Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağrıkəsici dərmanlar orqanizmə necə təsir edir?..
Ağrıkəsici dərmanlar orqanizmə necə təsir edir?..

Baş, diş, qol, ayaq ağrıdığı zaman qəbul etdiyimiz ağrıkəsicilər dərhal ağrını azaldır və dayandırır. Ağrıkəsicilər necə təsir edir?

Ağrıkəsici dərmanların tarixi çox qədim zamanlara dayanır. Şumerlərdə, Qədim Yunasıtanda və Misirdə mərsin ağacının yarpaqlarında olan salisilik turşusu ağrıyını sakitləşdirmək üçün istifadə edilirdi. Müasir tibbdə isə Hippokrat söyüd qabığını ağrıkəsici kimi istifadə edirdi. XVII əsrdə söyüd ağacının qabığından əldə edilən toz ağrı, hərarətin qalxması və iltihablanma kimi vəziyyətlərdə dərman kimi istifadə edilirdi. Müasir dünyada da söyüd qabığından hazırlanan ilk dərman aspirindir. Saf halda asetilsalisilik turşusu molkeulunun sintezlənməsi ilə satılır.

Ağrı mexanizmi olduqca qarışıqdır. Bədənimizin hərhansı bir yerində hüceyrələrdə problem olduğu zaman dərhal bu problemdən xəbərdar olmaya bilərik. Çünki bu hüceyrə səthində baş verir. Bədənimiz daha sonra “araxidon turşusu” ifraz edərək problemdən bizi xəbərdar edir. Araxidon turşusu hüceyrələrdəki sikloksigenzaadında fermentlərə bağlanır və prostaglandin ifrazını təmin edir. Bunun sayəsində ağrı reseptorları vəziyyətdən xəbərdar olur.

Bu reseptorlar onurğa beyni ilə dəri arasında, əzələlərdə, bəzi daxili orqanlarda və dişlərimizdə mövcuddur. Reseptorlar bu məlumatları çox tez beynimizə ötürür. Başqa sözlə, bu reaksiyalar və qarşılıqlı təsirlər zənciri biz ağrı hiss etməzdən əvvəl yaşanır.

Aspirin kimi sadə ağrıkəsicilər ağrıyan nahiyə ilə təmasda olur və "prostaqlandin" adlı kimyəvi maddənin istehsalını məhdudlaşdırır. Bu formada sinir ucları beynimizə ağrı siqnalları göndərə bilmir və ya göndərilən siqnalın intensivliyi azalır. Qeyd etdik ki, ağrı başlamazdan əvvəl hüceyrələrdə araxidon turşusu ifraz olunur və onlar siklooksigenaza fermentləri ilə birləşərək prostaqlandinlər əmələ gətirir. Siklooksigenaza fermentlərinin aktiv yerləri açar kilidi kimi araxidon turşusu ilə yüksək dərəcədə uyğundur. Ağrı kəsicilər müdaxilə edərək əlaqəni bloklayır və ağrı siqnallarının beynimizə ötürülməsinə mane olur. Dərmanlar bütün bədənə yayılır, xüsusi bir nöqtəyə diqqət yetirmir. Müəyyən nöqtələrə gedə bilsələr, dərmanın xeyli aşağı dozasını qəbul etmək kifayət edərdi. Beləliklə, dərmanların əks təsirləri də əhəmiyyətli dərəcədə azalmış olardı.

Ağrıkəsicilərin ağrının əsas səbəbini həll etmədiyini də xatırlatmalıyıq. Yəni ağrıkəsicilər sadəcə olaraq, beynimizin ağrıları qəbul etməsini müvəqqəti dayandırır. Buna görə də ağrının mənbəyini müalicə etmək çox vacibdir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »