Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 153 uşaq həlak olub. Müharibə ərəfəsində daha 245 ukraynalı azyaşlı yaralanıb.
Bizimyol.info xəbər verir ki, həmçinin Rusiyanın bombardmanları və mərmiləri nəticəsində 859 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Hazırda aktiv döyüş əməliyyatları aparılan yerlərdə və düşmənin müvəqqəti işğalı altında olan ərazilərdə zərərçəkmiş uşaqlarla bağlı məlumatlar müəyyənləşdirilir. Prokurorluğun xüsusi diqqəti Mariupol şəhərinə, eləcə də Kiyev, Çerniqov və Luqansk vilayətlərinin müəyyən ərazilərinə yönəlib.
İlkin məlumata görə, ən çox uşaq Kiyev vilayətində - 73, Donetskdə - 65, Xarkovda - 53, Çerniqovda - 43, Nikolayda - 30, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumi - 16 və Jitomir – 15 uşaq öldürülüb.
Baş Prokurorluq qeyd edib ki, martın 19-da Rusiya hərbçiləri Mariupoldan humanitar dəhliz boyunca təxliyə edilən mülki avtomobillərin kolonnalarını atəşə tutub. Atışma nəticəsində ata və uşaq həlak olub. Həmçinin martın 31-də Luqansk vilayətinin Lisiçansk şəhərindən bir gün əvvəl ağır yaralanan 7 yaşlı qardaşı ilə birlikdə 2 yaşlı qız ağır xəsarətlərdən dünyasını dəyişib.
Xatırladaq ki, Rusiya Ukrayna müharibəsi fevralın 24-dən başlayıb. Bu günə qədər Rusiyanın hücumları nəticəsində minlərlə ukraynalı öldürülüb, təhsil ocaqları, tibb müəssisləri, ümumiyyətlə infrastuktur məhv edilib.
Tərcümə: İlahin, Bizimyol.info