Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna artıq Rusiya ərazisinə zərbələr endirir, itkilər artır
Ukrayna artıq Rusiya ərazisinə zərbələr endirir, itkilər artır

37 gün əvvəl Ukrayna ərazisini işğal edən Rusiya Federasiyasının silahlı qüvvələrinin bölmələri bu müddət ərzində 17700 nəfər - əsgər, zabit və hətta generallarını itirib. Həmçinin işğalçılar texnikanın əhəmiyyətli bir hissəsini itirdilər.

Bizimyol.info xəbər verir ki, bu günə qədər ukraynalı müdafiəçilər rus işğalçılarının helikopterləri ilə azı 625 tankı və 274 təyyarəni məhv ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

24.02-dən 01.04-dək Rusiyanın ümumi döyüş itkiləri təxminən:

  • canlı qüvvə - təxminən 17,700 nəfər;
  • zirehli döyüş maşınları - 1751 ədəd;
  • avtomobil avadanlığı - 1220;
  • tanklar - 625;
  • artilleriya sistemləri - 316;
  • təyyarə - 143;
  • helikopterlər - 131;
  • çoxlu buraxılış raket sistemləri (MLRS) - 96;
  • əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatları (PUA) - 85;
  • yanacaq və sürtkü materialları olan çənlər - 76;
  • hava hücumundan müdafiə vasitələri (hava hücumundan müdafiə) - 54;
  • xüsusi avadanlıq - 24;
  • gəmilər / qayıqlar - 7;
  • işə salma qurğuları OTRK / TRK - 4

Xatırladaq ki, ötən gün Zaporojye vilayətində ukraynalı müdafiəçilər Rusiya ordusunun 10-dan çox texnikasını – zirehli transportyorları, tankları və “Qradları” məhv ediblər. Bununla yanaşı, Rusiyanın canlı qüvvəsi də məhv edilib - 32 işğalçı öldürülüb, 38-i yaralanıb. Bu gün isə Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopter Rusiya ərazisinə daxil olaraq neft bazasına aviazərbə endirib.

“Rusiya-Ukrayna arasında qarşıdurmanın həllinin gecikməsi, ümumiyyətlə bu problemin vaxtında həll edilməməsi müəyyən problemlərin yaranmasına səbəb olur. Hansı ki, o problemlər nəticəsində uzunmüddətli itkilər yaşanır”,- bu barədə politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına danışıb. O, qeyd edib ki, ümumiyyətlə Belqorod şəhəri ilə bağlı Rusiya tərəfinin açıqlamaları da göstərir ki, prosesin uzanması Rusiyaya da sərfəli deyil.

Tural İsmayılov Tural İsmayılov

Gündəlik olaraq Ukraynanın şəhər infrastrukturunun itkilərə məruz qalması, günahsız insanların ölümü, eyni zamanda Rusiyanın özünün də bir çox sanksiyalara və basqılara məruz qalması problemin tezliklə həll edilməsinin vacibliyini ortaya qoyur.  Rusiya-Ukrayna nümayəndələri arasında danışıqların getdiyi bir müddətdə də hərbi ritorikanın qızışması, silahların yerə qoyulmaması, prosesi daha da çətinləşdirib.

“Hər bir hücum aktı istənilən halda mülki əhalinin də itkilərinə səbəb olur. Bundan ən böyük əziyyəti də elə mülki əhali çəkir. Buna görə də, proseslərin dalan dirənməməyi üçün ortaq nöqtələr tapılmalı, həm Rusiya özü Ukrayna üçün irəli sürdüyü bəzi tələbləri geri götürməyi bacarmalı, eyni zamanda Ukrayna danışıqlar prosesində inqilabi dəyişikliklərə səbəb olacaq təkliflər verməyi bacarmalıdır”,- deyə ekspert bildirib. O, hesab edir ki, bu proseslər həll olunarsa, qarşıdurmada hərhansı bir formada müsbət dəyişikliklərin baş verəcəyini görə biləcəyik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »