Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Şoyqu arasında gərginlik artır
Putinlə Şoyqu arasında gərginlik artır

Rusiya müharibədə hər gün böyük itkilər verir. Ağ Evin rəsmi şəxslərinin açıqlamalarında bir məqam xüsusi vurğulanır ki, Vladimir Putin savaşın gerçək gedişatından xəbərsizdir. Yəni Kremlin rəhbəri itkilərin böyük olduğunu bilmir. Amma ABŞ mətbuatı Putinlə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu arasında gərginliyin artdığını yazır.

Bizimyol.info xəbər verir ki, şimal dövlətinin başçısı rəqəmlərdən xəbər tutanda çox qəzəblənib. O, müharibənin belə istiqamət almasını bilmirmiş. Amerikalı jurnalistlər hesab edir ki, ətrafındakılar Putinə hər şeyi deməyə özündə cəsarət tapmır. Kremlin rəhbəri Qərbin sanksiyalarının ölkə üçün necə böyük fəlakət yaradacağını da təsəvvür etmir. Hər halda, ABŞ mediası buna inanır. Amerikalı jurnalistlər Putinlə Şoyqu arasındakı gərginliyin məhz həqiqət ortaya çıxdığına görə artdığını düşünür.

Vaşinqtonda inanırlar ki, Kremldə xaos hökm sürür. Rusiya ordusu sanki bir mərkəzdən idarə olunmur. Qarışıq xəbərlər gəlir. Elə təəssürat var ki, Kreml qoşunları nə edəcəyini bilmir. Planlı hücumlar təşkil olunmur. Kor-koranə zərbələr endirilir. Putin bütün bunlardan xəbərdardırsa, Şoyquya qəzəblənməyi təbiidir.

Həm də Rusiya Prezidentinin özünü aldanmış hiss etməsi barədə xəbərlər var. Putin əmin imiş ki, qoşunlar bir neçə günə Kiyevi ələ keçirəcək. Uzağı bir həftəyə hərbi əməliyyatların başa çatacağına inam varmış. Bir aydan çoxdur Ukrayna müdafiə qüvvələrinin müqavimətini qırmaq olmur. Putindən uzun müddət gerçəyi gizlətmək alınmır.

“Biz Putin haqqında danışmalıyıq” kitabının müəllifi Mark Qaleotti keçən həftə çox maraqlı müsahibə vermişdi. London kollecinin professoru dövlət başçısının naziri qızına görə cəzalandırdığını demişdi. Kseniya Şoyqu sosial media hesabında Ukraynaya dəstək ifadə edən foto yerləşdirmişdi. Putinin bundan xəbər tutduğu bildirilir. Şoyqu cəzalanıb və bir müddət ictimaiyyət arasında görünməyib.

İstənilən halda hiss olunur ki, Kreml çox gərgindir. Putin heç bir halda Şoyqudan razı qala bilməz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »