Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev idxal məhsullarının azaldılmasını təklif edib
Medvedev idxal məhsullarının azaldılmasını təklif edib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, 2014-cü ildən mövcud olan dost olmayan Qərb ölkələrindən idxalı qadağan edilən məhsulların siyahısını genişləndirmək olar.

Bizimyol.info xəbər verir ki, siyasətçi bu barədə Telegram kanalında yazıb.

“İdxalına qadağa qoyulan məhsulların siyahısı da genişləndirilə bilər”, – deyə o qeyd edib.

Medvedev bildirib ki, Rusiya yalnız dost ölkələrə ərzaq tədarük edəcək. Təhlükəsizlik Şurası rəhbərinin müavini onu da qeyd edib ki, Rusiya məhsulları ölkənin daxili tələbatını tam ödəmək üçün kifayət qədərdir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »