Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 2-nə olan hava proqnozu
Aprelin 2-nə olan hava proqnozu

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »