Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orucunuz hansı halda batil ola bilər? - İlahiyyatçı cavab verir
Orucunuz hansı halda batil ola bilər? - İlahiyyatçı cavab verir

Ramazan ayında sağlam şəkildə oruc tutmaq çox önəmlidir. Yaxşı bəs hər kəs oruc tuta bilərmi? Hansı adamlara oruc tutmaq olmaz və oruc tutan adamlara nələrə əməl eləməlidir?

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info saytına açıqlamasında suallarımızı cavablandırıb.

İlk dəfə oruc tutan şəxs Allahla əhd-peyman bağlamalıdır ki, İlahi, mədəmi necə ac qoyuramsa, bütün əza üzvlərimi də oruc edəcəyəm. İnsan tək ağzını yox, həmçinin gözünü, qulağını, ayağını, əlini də oruc etməlidir. Yəni oruc tutan bir şəxs gözünü haram şeylərdən çəkindirməlidir ki, gözlə oruc tutulmuş olsun, qulağı haram şeyləri eşitməməli, ayağı haram - Allaha xoş gəlməyən yerlərə getməməlidir ki, ayağın orucu da tutulmuş olsun. Bir şəxs həm ruhi, həm də fiziki baxımdan oruclu olacaqsa, dində buna kamil orucluq deyilir.

İki istisna hall olmaqla bütün adamlar oruc tutmalıdır.

Əgər oruc tutan bir adam qəsdən yeyib içəcəksə, bu oruc pozulmuş olur. Orucu pozulmuş bir adam qəzanı bərpa etmək üçün 60 fəqir adamı sevindirmılidir. Yalnız bu yolla həmin orucu bərpa etmiş olur. Yox əgər unutqanlıqdan nəsə ağzına qoyub udarsa, oruc pozulmuş sayılmır. Çünki insan 11 ay yeyib içir, qidalanır və ağzı, əli buna öyrəşmiş olur. Belə vaxtlarda da oruclu olduğunu yadına düşərsə, tez qida qəbul etməsini dayandırmalıdır. Xəstə və səfərdə olan adamlara oruc tutmaq olmaz. Xəstə adam özü özünə mən xəstəyəm və oruc tuta bilmirəm deyərək yox, həkimə gedib dəqiq öyrəndikdən sonra sağlamlığına uyğun addım atmaq lazımdır. Bir adam xəstə halda oruc tutacaqsa bu Allaha da xoş gəlmir. Allah bəndənin qaldıra bilmədiyi yükü mən bəndəyə yükləməz.22 km-ə qədər yol qət edib səfərə gedən adamlar üçün də oruc tutmaq olmaz.

Çimmək məsələsinə gəldikdə isə oruc tutan insan istədiyi qədər suyun altında qala bilər. Lakin dənizə, çaya baş vuraraq çimmək batil sayılır. Çünki başdan ayağa bütöv suyun altına girəndə su ağızdan mədəyə gedə bilər və bu vaxt oruc pozulmuş sayılır. Ramazan ayında adamın yuxusu ibadət sayılır. Yəni insan nə qədər çox yatacaqsa, o qədər çox Allaha ibadət etmiş olacaq.

Həkimlər hamilə qadınlara oruc tutmağı məsləhət görmür. Çünki bətndəki körpəyə ziyan dəyə bilər.

Şəkər, qan, mədə xəstəliyi olanlar gün ərzində mütləq qidalanmalı olduqlarından oruc tutmaya bilərlər. Çünki oruc tutsalar, bədənlərinə zərər verəcəklər və ibadətləri batil olacaq. Dinimizdə buyrulur ki, oruc tutan insanın ağzının qoxusu ən gözəl qoxu hesab edilir.

Ramazanın son mərhələsi fitrə-zəkat çıxarılmasıdır. Paylaşma ayı olduğu üçün Bayram günü hər kəs öz qazancından fitrə, zəkat verməlidir.

Allah bütün orucları qəbul eləsin!

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »